Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İran Britaniya şirkəti ilə neft sazişi imzalayıb –“Ümid edirik hökumət sənədi təsdiqləyəcək”

Tarix 18.05.18, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


İran neft yatağının işlənməsi üzrə Britaniya konsorsiumu ilə saziş imzalayıb.

Qeyd edək ki, mayın 8-də Vaşinqton İranla nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaları bərpa etdiyini açıqlayıb. Milli İran Cənubi Neft Şirkəti Londonda mənzillənən Pergas konsorsiumu ilə razılaşma imzalayıb. Kontrakt növbəti 10 il ərzində İranın cənubqərbindəki Keranc yatağından 655 milyon barrel neft hasilatını nəzərdə tutur. Məlumatı İranın neft nazirliyi mayın 17-də özünün SHANA xəbər xidməti vasitəsilə yayıb. Bu razılaşmanın imzalanmasından bir neçə saat öncə isə Fransanın Total enerji şirkəti ABŞ sanksiyaları dayandırmasa, noyabradək İranla təbii qaz layihəsindən çıxacağını bildirib.

1 MİLYARD DOLLARLIQ SAZİŞ

Pergas-la sazişin mayın 16-da Tehranda Britaniya səfirinin iştirakıyla imzalandığı bildirilir. Ancaq Londonun sənədi təsdiqləyib- təsdiqləmədiyi bəlli deyil. “Ümid edirik Britaniya hökuməti sənədi təsdiqləyəcək”, – İranın neft naziri Bijan Zəngənə SHANA agentliyinə deyib.

Zəngənə Avropa ölkələrinin Birləşmiş Ştatların neft sazişinə “xəyanəti”ni ört-basdır edəcəyini gözlədiyini dilə gətirib. Pergas-la bir milyard dollarlıq layihə köhnəlməkdə olan Karanc yatağından hasilatı artırmaqdan ötrü qabaqcıl texnologiya və prosedurların istifadəsini nəzərdə tutur. Hazırda bu yataqdan gündə 120 min barrel neft hasil olunur, növbəti 10 il ərzində bunun günə 200 min barrelə çatdırılması planlaşdırılır.

ABŞ sanksiyalarının məqsədi Birləşmiş Ştatlar və digər ölkələrin şirkətlərinin İranda iş görməsini yasaqlamaq, onların ABŞ dollarından, ABŞ maliyyə qurumlarından istifadəsini önləməkdir. (Azadlıq Radiosu)



Xəbərin oxunma sayı : 211




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap