Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

İranın növbəti prezidenti “Qırğın ayətullahı” ola bilər:Seyid İbrahim Rəisi kimdir? - TƏHLİL

Tarix 27.03.17, 6:35

Font ölçüsü : - / +
bitmap-img6


İranda 19 may cümə günü keçiriləcək on ikinci prezident seçkiləri yaxınlaşdıqca, 11 aprel tarixində başlayacaq namizədlik müraciətində qarşımıza çıxacaq adlar də aydınlaşmaqdadır. Bu adlardan bəziləri uzun müddətdən bəri bilindiyi halda, bəziləri hələ də qətiləşməyib.

Prezident Həsən Ruhaniyə 2013-cü ildə uğur qazandıran islahatçı koalisiya bu seçkilərdə də onun dəstəkləyəcəyini açıqlayıb. Fikir ayrılıqlarının yaşandığı mühafizəkarlar arasından isə hələ də Ruhaninin qarşısına çıxa biləcək güclü bir namizəd müəyyənləşdirilməyib.

Seçkilər üçün erkəndən meydana atılan Mahmud Əhmədinejada dini rəhbər Əli Xamenei tərəfindən veto qoyulub. Xameneinin bu addımına mövcud şəraitdə İranda 2009-cu il seçkilərində müşahidə olunan qarışıqlığa bənzər bir qütbləşmə və xaosa yol açmaq istənilməməsinin də böyük təsiri olub. Bütün hallarda Əhmədinejadın oyundankənar vəziyyətə düşməsiylə mühafizəkarlar önəmli alternativlərini itiriblər.

Mühafizəkar qanadın ən diqqət çəkən fiquru

İslamçı Koalisiya Partiyasından Mustafa Mir Səlim, İran Radio və Televiziya Təşkilatı sabiq rəhbəri İzzətullah Zərkami, Əhmədinejadın dəstəklədiyi keçmiş köməkçilərindən Hamid Rza Bəqa, Əhmədinejad iqtidarının neft naziri Rüstəm Qasımi, Milli Təhlükəsizlik Ali Şurasının sabiq katibi və İranla aparılan nüvə müzakirələrinin əsas nümayəndəsi Səid Cəlili indiyədək mühafizəkarlar arasında adları dəqiqləşmiş namizədlərdir. Ancaq bu namizədliyə namizədlərdən heç birisi mühafizəkar cəbhənin bütünləşdirici aktyoru deyil. Buna görə də daha xarizmatik və birləşdirici namizəd axtarışı hələ də davam edir və bir neçə dəfə adı gündəmə gələn ölkənin baş prokuroru və eyni zamanda İranın ən güclü yardım fondu olan, Məşhəddəki İmam Rza türbəsinə baxan “Astani Qüdsi Rzəvi"nin müdiri ayətullah Seyyid İbrahim Rəisinin adı mühafizəkarları daha çox həyəcana gətirir. Bu həyəcanın bir başqa səbəbi də Rəisinin yaşlı və xəstə Xameneidən sonra dini rəhbərliyə ən şanslı namizədlər arasında yer almasıdır.

Son dövrlərdə İranda Xamenei sonrası ilə bağlı müxtəlif ssenarilər müzakirə edilməkdədir. Ölkənin növbəti dini rəhbəri postu uğrunda daha müasir paradiqmalara sahib qruplarla mühafizəkar məzhəbçi təmayüllü milliyyətçilər arasında ciddi rəqabət gedir. Ancaq müasir milliyyətçilərin mənəvi lideri olan Haşimi Rəfsəncaninin 2017-ci ilin əvvəlində gözlənilməz ölümü balansı dindar milliyyətçilərin lehinə çevirib. Odur ki, prezidentliyin və Xamenei sonrası dini rəhbərliyin hansı cinahın idarəsində olacağı kritik əhəmiyyətə sahibdir. Bu da hər iki cinah üçün Rəisini son dərəcədə əhəmiyyətli bir şəxsiyyətə çevirir.

Rəisi necə yüksəlib?

Əlli altı yaşlı Rəisi Məşhəddə başladığı klassik mədrəsə təhsilini Qumda tamamlayıb və İran İslam İnqilabdan sonra kritik vəzifələrdə işləyib. İnqilabın əhəmiyyətli simalarından ayətullah Məhəmməd Behiştinin yeni rejimin idarəçi elitasına hazırladığı  yetmiş nəfərlik tələbə qrupunda Rəisi də yer alıb. Behiştiylə yanaşı, sabiq məhkəmə sədri ayətullah Musəvi Ərdəbili və ayətullah Xamenei də bu heyətə dərs verənlər arasındadır. Bu səbəbdən də Xamenei və Rəisi arasındakı yaxınlığın dərin bir keçmişi var.

Rəisinin yeni rejimdəki kritik rollarından biri də inqilabdan sonra qiyamların yaşandığı və ərəblərin sıx yaşadığı Xuzistan əyalətində işləməsidir. İnqilabdan sonra bu əyalətdəki Məscidi Süleyman şəhəri solçu təşkilat və qrupların idarəsi altına düşmüşdü. İmam Xomeyninin hadisələri yatırtmaq üçün göndərdiyi ayətullah Şeyx Hadi Mərvə özünə köməkçi kimi Rəisini mədəniyyət sahəsi üzrə müavin vəzifəsinə dəvət etmişdi.


“Ayətullahi-Qətliam” 40 min müxalifətçinin edamında günahlandırılır


Rəisi hələ on səkkiz yaşında Kərəcdə prokuror köməkçisi olub, bir neçə ay keçmədən inqilabın baş prokuroru ayətullah Qüddusi tərəfindən Kərəc Baş prokuroru təyin edilib və iki il icra etdiyi bu vəzifənin sonra Həmədan Prokurorluğu vəzifəsinə gətirilib.

İki şəhərin işini eyni vaxtda icra etmək çətin olduğundan, 1981-84 illəri arasında Həmədan Baş prokuroru kimi fəaliyyət göstərib.

Rəisi iyirmi üç yaşında ikən, Tehran İnqilab Baş prokuroru vəkili olaraq təyin edilib və müvəffəqiyyəti ilə Ayətullah Xomeyninin diqqətini çəkib. 1987-ci ildə ona bəzi əyalətlərin məhkəmə problemlərini həll etmək üzrə xüsusi vəzifələr tapşırılıb.

Rəisinin ən mübahisəli vəzifəsi isə Xomeyninin təlimatıyla 1988-ci ildə həbsdəki müxaliflərin edam qərarını vermək üçün yaradılan və müxaliflər tərəfindən "Ölüm komitəsi" kimi tanınan dörd nəfərlik komitədə yer almasıdır. Bu vəzifəsi Rəisinin “Ayətullah-i qətliam” ("Qırğın Ayətullahı") kimi tanınmasına səbəb olub.

Onun verdiyi edam qərarlarının sayı, rəsmi statistikada 3-4 min ətrafında göstərilsə də, müxaliflərə görə, 30-40 min civarındadır. Həmin komitə sonralar ayətullah Müntəzərinin "tarix sizi insanlıq cinayəti işləyən canilər kimi xatırlayacaq" qınağına tuş gəlib.

Siyasi təcrübəsi yoxdur

İnqilab Rəhbəri tərəfindən Tehran prokuroru təyin olunan Rəisi daha sonra – 1994-2004 illəri arasında Ölkə Ümumi Nəzarət Təşkilatının rəhbərliyinə gətirilib. Rəisi 2004-2014 illəri arasında isə İran Ali məhkəməsinin sədr müavini vəzifəsini daşıyıb. 2014-ci ildən isə Baş prokuror vəzifəsiylə yanaşı, 2012-ci ildə Din Adamları Xüsusi məhkəməsinin Baş prokuroru olub. O, nəhayət, 7 mart 2016 tarixində Xameneinin təyinatıyla ölkənin ən güclü fondu olan Astan-i Qüdsi Rzəvinin rəhbərliyinə gətirilib.

Rəisinin adı dini rəhbərliyə namizəd kimi keçəndə Müntəzərinin oğlu Əhməd Müntəzəri atasının 1988-ci il edamlarıyla bağlı tənqidlərini ehtiva edən səs yazısını yaydı. Səs yazısı Rəisinin prestijinə ciddi kölgə saldı. Nəticədə əvvəl səs yazısı ortadan qaldırıldı və oğul Müntəzəri Din Adamları Xüsusi Məhkəməsi tərəfindən mühakimə edilərək, öncə din adamı adından məhrum olundu, sonra 6 il həbsə atıldı.

Göründüyü kimi, ölkə rəhbərliyinə dair bütün təcrübəsini məhkəmə orqanında keçirmiş Rəisinin dini rəhbəri kimi kritik bir vəzifəyə gələ bilməsi üçün siyasi təcrübəsi yoxdur və onun bu təcrübəni qazanmaq üçün prezident seçilməsi vacibdir. Rəisi 19 may seçkilərində namizəd olmayacağını açıqlasa da, Xameneinin bir işarəsi ilə namizədliyini açıqlaması qaçılmazdır. Xameneidən dəstək alacağı təqdirdə isə Rəisinin mühafizəkarların ümumi namizədinə çevriləcəyi və dövlətin bütün imkanlarından faydalanacağı aşkardır.

Bütün bunlara baxmayaraq, seçkidə məğlubiyyət ehtimalı da Rəisi üçün böyük riskdir. Xamenei-Rəisi cütlüyünün bu riski alıb almayacaqları isə önümüzdəki günlərdə dəqiqlik qazanacaq.

Mehmet Koç

"Yeni Şafak" qəzeti

Tərcümə etdi: Strateq.az



Xəbərin oxunma sayı : 325




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap