Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İranın yeni prezidenti kimdir? - Rəisi Xameneyidən sonra ali dini lider ola bilər

Tarix 19.06.21, 14:04

Font ölçüsü : - / +
bitmap-img6


İranda prezident seçkilərinin nəticələri məlum olub. 

AzFakt.com xəbər verir ki, seçkidə İran siyasi elitasının mühafizəkar qanadını təmsil edən Seyid İbrahim Rəisi qalib gəlib. O, prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanıb.

Seyid İbrahim Rəisus-Sadat 1960-cı ildə İranın Məşhəd şəhərinin Noğan məhəlləsində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsilə başlayıb. O, həmçinin Şəhid Mütəhhəri adına universitetdə fiqh və hüquq fakultəsinin doktoranturasını da bitirib.

Rəisi 20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışıb. Daha sonra Həmədanın prokuroru olub. 25 yaşında Tehrana köçən Rəisi paytaxtda baş müstəntiq əvəzi işləyib. 

Ayətullah Seyid Əli Xamneyi İranın ali dini lideri olduqdan sonra İbrahim Rəisi Tehranın Baş prokurou vəzifəsinə təyinat alıb. 1994-cu ildə ölkənin müfəttişlik təşkilatının müdiri seçilib. O, 10 il bu vəzifədə təmsil olunub. 

2004-2014-cü illərdə İranın Ədliyyə Qüvvəsinin birinci müavini və 2014-2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib. 2015-ci ildən etibarən Xameneyi tərəfindən özəl məhkəmənin rəhbəri təyin olunub.

İbrahim Rəisi Mübariz Ruhanilər Cəmiyyətinin üzvü olmaqla yanaşı, Xobreqan Məclisinin (Ekspertlər Şurası) İdarə Heyətində yer alır.

Yeni prezident həm də Xameneyinin Məşhəd şəhərində nümayəndəsidir. O, eyni zamanda Məşhədin imam-cüməsi Ayətullah Aləmulhudanın kürəkənidir. 
Rəisi həmçinin şiələrin 8-ci imamı Əli ibn Musanın (İmam Rza) Məşhəd şəhərindəki məqbərəsinə məsuldur. 

İbrahim Rəisi Ayətullah Behişti, Ayətullah Mütəhhəri, Ayətullah Xameneyi, Ayətullah Meşkini, Ayətullah Nuri Həmədani, Ayətullah Fazil Lənkərani, Ayətullah Əbulqasim Xəzəli, Ayətullah Müctəba Tehrani, Ayətullah Mərəşi Nəcəfi, Ayətullah Duzduzani, Ayətullah Seyid Mühəqqiq Damad və Ayətullah Seyid Mahmud Şahrudin kimi ruhanilərdən dərs alıb. 

Bəzi iddialara görə, İbrahim Rəisi Ayətullah Behişti tərəfindən kadr olaraq yetişdirilib. İslam İnqilabının ilk illərində Ayətullahlar Behişti, Xameneyi və Mütəhhəri 70 nəfərlik heyət yaradaraq onları kadr kimi hazılayıblar. Bu heyətdə İbrahim Rəisi də olub. Təsadüfi deyil ki, İbrahim Rəisi həm də İranın növbəti ali dini lideri kimi görülür. (hit.az)



Xəbərin oxunma sayı : 745




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap