Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İran prezidenti İlham Əliyevə məktub göndərdi

Tarix 16.06.17, 20:43

Font ölçüsü : - / +
bitmap-img6


İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib

Virtualaz.org-un məlumatına görə, məktubda deyilir: "Zati-aliləri.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə göndərdiyiniz təbrik məktubu mənə çatdırılmış və minnətdarlıqla qarşılanıb.

Mən də öz növbəmdə ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.

İki dost və qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası ötən 25 il ərzində birgə mənafeyimiz uğrunda və qarşılıqlı hörmət əsasında əlaqələrimizin genişləndirilməsi sahəsində böyük addımlar atıb. Əmin olduğumu bildirirəm ki, xalqlarımızın ortaq maraqlarının olduğunu nəzərə alaraq, artan səylərimiz nəticəsində ölkələrimiz arasındakı gözəl qonşuluq münasibətləri ikitərəfli, regional və beynəlxalq səviyyələrdə maraqlarımızın təmin olunması istiqamətində daha da dərinləşəcək.

Bu fürsətdən istifadə edərək, Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dövlətinə və xalqına isə rifah və başucalığı arzulayıram".



Xəbərin oxunma sayı : 118




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap