Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İran prezidenti özünə qadın müavin və köməkçi təyin edib

Tarix 11.08.17, 1:18

Font ölçüsü : - / +
bitmap-img6


İran prezidenti Həsən Ruhaniözünə iki qadın müavin və bir qadın köməkçi təyin edib

H.Ruhani Məsumə İbtikarın prezidentin qadın və ailə məsələləri üzrə müavini, Laya Cuneydinin prezidentin hüquq məsələləri üzrə müavini, Şəhindoxt Molaverdinin isə prezidentin vətəndaşlarla iş üzvə köməkçisi vəzifələrinə təyin olunması barədə sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə islahatçı siyasətçi İshaq Cahangiri yenidən birinci müavin (vitse-prezident) vəzifəsinə təyin edilib.

Bundan öncə Nazirlər Kabinetində qadınlara da yer verilməsi barədə prezidentə çağırışlar olub. Lakin yeni hökumətin tərkibi açıqlandıqda məlum olub ki, orada heç bir qadın yoxdur.

Yeni hökumətdə 17 nazirdən 7-si yenidir. Önəmli dəyişikliklərdən biri Gömrük Komitəsinin sədri Məsud Kərbasiyanın hazırkı iqtisad naziri Əli Tayyibniyanın əvəzinə bu vəzifəyə təqdim olunmasıdır. H. Ruhani müdafiə nazirinin müavini Əmir Hatəmini hazırkı müdafiə naziri Hüseyn Dehqanın yerinə nazir vəzifəsinə təqdim edib. Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini isə Cavad Azəri əvəzləyəcək.

Yaxın günlərdə parlament yeni Nazirlər Kabinetinin səlahiyyətini təsdiqləyəcək. (apa)



Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap