“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İran Prezidenti ABŞ-a xəbərdarlıq edib - Silah sanksiyası ilə bağlı

Tarix 12.08.20, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


İran Prezidenti Həsən Ruhani İrana qarşı silah sanksiyasının tətbiqi ilə bağlı ABŞ-a xəbərdarlıq edib.

APA-nın Tehran bürosunu məlumatına görə, bu gün Nazirlər Kabinetinin iclasında çıxış edən H. Ruhani bildirib ki, nüvə razılaşmasına əsasən İrana qarşı silah sanksiyasının müddəti oktyabr ayının 18-də başa çatacaq.

“BMT-də İrana qarşı belə bir qətnamə qəbul olunması nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının aşkar şəkildə pozulması olacaq. İrana qarşı qəbul ediləcək qətnamənin təsirindən yarana biləcək hadisələrin məsuliyyəti onu qəbul edənlərin öhdəsində olacaq”, – deyə İran Prezidenti vurğulayıb.

O, İranın bəzi cənub qonşularına da səslənib: “İran silahdan əcnəbilərdən özünü müdafiə etmək üçün istifadə edir. Bizim gücümüz və silahımız sizin əleyhinizə deyil. Biz əməldə də öz iddiamızı sübut etmişik. Səddam Hüseyn Küveytə hücum edərkən ilk biz bu hücumu pislədik. Əməldə də Küveyt xalqına yardım etdik, Səddamı dəstəkləmədik. Əməldə sübut etdik ki, bölgə xalqını dəstəkləyirik”.

Qeyd edək ki, ABŞ gələn həftə İrana qarşı silah sanksiyasını BMT TŞ-nin iclasında müzakirəyə çıxaracaq.



Xəbərin oxunma sayı : 2221




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap