Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İran prezidenti xalqa müraciət etdi

Tarix 21.05.17, 1:22

Font ölçüsü : - / +
bitmap-img6


İranın yeni seçilmiş prezidenti Həsən Ruhani televiziya vasitəsi ilə xalqa müraciət edib. APA-nın məlumatına görə, H.Ruhani müraciətində xalqın etimadını doğrultmaq üçün səylərini əsirgəməyəcəyini vəd edib

“Sizin 41 milyondan çox verdiyiniz səs İran üçün inkişaf və tərəqqi yolunu açdı. Siz dünən bizi keçmişə qaytarmaq və dayandırmaq istəyən bütün şəxslərə “yox” dediniz və zamanı qabağa çəkdiniz”, - deyə H.Ruhani qeyd edib.

İran prezidenti İran xalqının seçkilərdə gələcək yolunu seçdiyini bildirərək, hamını xalqın istəyi və qərarına hörmətlə yanaşmağa çağırıb: “İran xalqının hər bir fərdinə, hətta mənə və siyasətimə müxalif olan şəxslərin yardımına belə ehtiyacım var. Mən öz yardım və dostluq əlimi səmimi olaraq İran xalqına, bütün partiyalara, cinahlara və xalqın müxtəlif təbəqələrinə uzadıram. Mən demokratiya və qanunun aliliyini əsas tutaraq, müxaliflərimə və onların hökuməti tənqid etmə hüquqlarına hörmətlə yanaşıram”.

H.Ruhani əlavə edib ki, İran xalqı dünya ictimaiyyəti ilə sülh və dostluq şəraitində yaşamaq istəyir. “Lakin eyni zamanda, heç bir təhqir və hədəni də qəbul etmir. Bu, İran xalqının mesajıdır və bütün dövlətlər, qonşular və xüsusi ilə böyük güclərin bunu düzgün anlamasını istəyirik”.



Xəbərin oxunma sayı : 106




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap