![]() |
|














İran prezidenti Xocalı qatili ilə bir arada
Tarix 22.12.16, 11:19 |
|

Həsən Ruhani “Ermənistan İranın əbədi dostudur” dedi; Azərbaycandan növbəti etirazlar gəldi...
Dekabrın 21-də İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfər edib. İrəvandakı “Zvartnots” hava limanında H.Ruhanini Ermənistan prezidenti Serj Sərkisyan şəxsən qarşılayıb.
GunAz.TV-nin xəbərinə görə, səfərdən əvvəl jurnalistlərə açıqlama verən İran prezidenti Ermənistana səfərinin “zəruri” olduğunu əsaslandırmağa çalışıb. Onun sözlərinə görə, İran Ermənistan yolu ilə Qara dənizə, Qərbə və Avropa ölkələrinə qovuşmaq niyyətindədir.
H.Ruhanini ölkəsinə dəvət edən işğalçı ölkənin prezidenti S.Sərkisyan İranın Qarabağla bağlı siyasətindən razılığını ifadə edib. Erməni mətbuatına açıqlamasında Sərkisyan deyib ki, Ermənistan İranın Dağlıq Qarabağla bağlı “ölçülü mövqeyini” yüksək qiymətləndirir. Erməni prezident iranlı həmkarına Azərbaycandan aprel müharibəsinə görə şikayətlənməyi də unutmayıb.
Müsəlman ölkənin lideri Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana yumşaq formada da olsa, hərbi təcavüzə son vermək çağırışını etməyib. Əli Xocalıda azərbaycanlı dinc insanların qanına batmış Sərkisyanla səmimi şəkildə qucaqlaşan Ruhani heç olmasa Qarabağdakı məscidlərin məhv edilməsinə, salamat qalan dini ocaqlarımızda ermənilərin donuz saxlamasına da etiraz etməyib. İran prezidenti ənənəvi mövqe sərgiləməklə kifayətlənib, yenə də təcavüzkarla təcavüzə məruz qalan arasında bərabərlik işarəsi qoymağa üstünlük verib.
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur”-deyə, prezidenti Həsən Ruhani bildirib. “Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. Biz münaqişənin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyrinə olacaq” deyə, o vurğulayıb. H.Ruhani qeyd edib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir.

İran prezidenti Ermənistanın müsəlman torpaqlarını 25 ildir işğalda saxlamasını, din qardaşlarını qətlə yetirməsini bir kənara qoyaraq, ermənilərə dostluq mesajları verib. Ruhani “Ermənistanın əbədilik İran İslam Respublikasının dostu olacağını” (İRNA) deməklə nəinki Azərbaycan, həm də İranda yaşayan milyonlarla azərbaycanlıya qarşı həqarət edib. İran prezidenti XİN başçısı Edvard Nalbəndyanla görüşündə “iki ölkənin əməkdaşlığını ən yüksək səviyyəyə gətirmək istəyirik” deyib və bildirib ki, iki millətin bununla bağlı istək və iradəsi var. Görüşdən sonra rəsmi şəkildə İran və Ermənistan arasında vizanın qaldırıldığı da elan olunub.
Rəsmi Bakı da İran prezidentinin Ermənistan səfərinə reaksiya verib. “İran müstəqil dövlətdir və bu səfər İran hökumətinin öz qərarıdır”.
Bunu APA-nın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan-İran münasibətlərinin təməl prinsiplərindən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmamasıdır: “Amma nəzərə almaq lazımdır ki, Ermənistan regionda destruktiv siyasət yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, Azərbaycana qarşı təcavüz və işğal törətmiş dövlətdir. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində törətdiyi qanlı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini, o cümlədən İslam dininə aid ibadət ocaqlarını, məscidləri talan və məhv etmiş, təhqir obyektinə çevirmiş ölkədir”.

“İran Azərbaycanı İsraillə əlaqə qurmaqda ittiham edir və sözdə İslam həmrəyliyindən danışır. Lakin İran prezidenti müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarını işğal edən Ermənistana səfər edir”.
Bunu politoloq Azər Rəşidoğlu söylədi. Ekspertin fikrincə, görünən budur ki, Tehranın müsəlmanların hüquqlarının pozulması ilə ifadə etdiyi narahatlıq siyasi mahiyyət kəsb edir: “Rəsmi Tehran qeyri-səmimidir. İran işğalçını qınamaq və ona təzyiq etmək əvəzinə, hər vasitə ilə işğalçıya dəstək verir və heç şübhəsiz belə addımlar Azərbaycan ictimai rəyində mənfi qarşılanır. Bu gün İran iqtisadi baxımdan İrəvana açıq dəstək verir.
İran biznesmenlərinə Azərbaycanın işğal olunmuş ərazilərində rast gəlmək mümkündür. Bəs İslam həmrəyliyi harada qaldı? İran bu gün Dağlıq Qarabağ məsələsində Azərbaycana hərbi və maddi yardım göstərmir, əksinə, Ermənistanın iqtisadi blokadadan çıxarılması üçün əlindən gələni edir”.

A.Rəşidoğlu xatırlatdı ki, Bakı Tehranı qıcıqlandıracaq heç bir addım atmayıb: “Azərbaycan ərazisindən İrana qarşı hərbi müdaxilə üçün istifadə edilməsinə rəsmi Bakı imkan yaratmayacağını bildirib. Bu baxımdan, İran prezidentinin Ermənistana səfəri bizi təbii olaraq, işğala məruz qalan müsəlman ölkəsi kimi narahat edir və Bakının Tehrandan hesabat tələb etməyə tam haqqı çatır”.
Milli Məclisin deputatı Zahid Oruc isə Ruhaninin İrəvan səfərinə fərqli prizmadan yanaşır: “Ermənistan rəhbərliyi geniş diapazonda xarici siyasət kursu apara bilmir. O üzdən İran nəinki ən yaxın qonşudur, həmçinin dünyaya çıxış yolu, iqtisadi təcridolunmadan və hərbi təklənmədən xilas yoludur. Üstəlik, İran-Azərbaycan münasibətləri İrəvan üçün xüsusi önəm daşıyır. Onlar tarixi və hazırkı geoplotik düzəndə Bakı və Tehran arasındakı ziddiyyətlərdən maksimum bəhrələnməyə çalışırlar. Ona görə Həsən Ruhaninin Ermənistana səfəri müəyyən qədər regionda İsrailin maraqları qarşısına siyasi pərdə çəkmək, Qafqazda güc mərkəzlərindən birinin cənubda yerləşdiyini digər dövlətlərə mesaj etmək üçündür. İran Qarabağ məsələsinə dolayı təsir etməklə münaqişə üzərində regiona daxil olmuş Qərblə savaşı davam etdirir. Lakin İran-Ermənistan müttəfiqliyi bölgənin gələcəyini təmin etməkdə zəif tandemdir və onu istənilən halda kövrək birlik kimi dəyərləndirmək lazımdır. Azərbaycan İran üçün əvəzolunmazdır”.

“İslam prinsipləri ilə idarə olunduğunu iddia edən bir ölkə hər hansı dövlətə münasibətdə müəyyən dərəcədə islam prinsiplərindən kənara çıxmamalıdır. Amma İranın Ermənistanla münasibətləri istisnadır”.
Bunu isə APA-ya açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib. O bildirib ki, İranın bu siyasəti onun gerçək bir İslam dövləti olmadığının sübutudur: “Çünki hər hansı bir şəkildə müsəlman torpaqlarını qəsb etmiş bir dövlətlə qəsbkar kimi davranmaq zorunda olan bir ölkə tamamilə başqa prinsiplərlə davranır. Ona görə də İranın Ermənistana maddi, iqtisadi, siyasi - hər cür dəstək verməsi İranın İslama səmimi yanaşmadığının bir göstəricisidir. Bunu dəfələrlə qeyd edirdik, lakin ən gözəl nümunəsi artıq burada üzə çıxdı”.

F.Mustafanın fikrincə, bütün hallarda İranın Ermənistanla münasibətlərinin bu qədər inkişaf etməsi Azərbaycan əleyhinə olan bir mövqeyin göstəricisidir: “Çünki bu kimi məsələlərdə birinci növbədə İran tərəfindən Azərbaycanın maraqlarının nəzərə alınması vacib idi. Həm Azərbaycanda, həm də İranda bu ölkəni ideallaşdıran insanlar utanmalıdır. İslam dininə mənsub olduqlarını bir az utanaraq deməlidirlər. Bizlər bu məsələdə ümumi mövqe nümayiş etdirərək İranın bu siyasətinə qarşı sərt etirazlarımızı ortaya qoymalıyıq”. (musavat.com)
Xəbərin oxunma sayı : 493
loading...
Siyasət
Xəbərlər
-
Akif Süleymanov ittiham olunur... - Müraciət
-
Daha iki vəkilin fəaliyyəti dayandırıldı - Səbəb
-
“Kəndlərdə pula görə qızları tez ərə verirlər“ - deputat
-
Hüseyn Abdullayev harda saxlanılır? - Vəkilindən açıqlama
-
Məmurların kiçik Xudatdakı tender oyunu - Qaliblər kimlərdir?
-
BMT Baş katibindən Qarabağla bağlı bəyanat:“Gərginliyin artmasına yol verməyin“
-
Lotu Qulinin adamı Ağstafada tutulub
-
“”Məxməri inqilab” yarımçıq qala bilməz…” –Paşinyandan hakim partiyaya ultimatum
-
Rusiya kəşfiyyatının şefi Bakıda! - Prezident qəbul etdi + FOTO
-
Azərbaycana 900 mln. dollar kredit ayrılacaq
-
“Tramp və Kim Çen In arasında görüş məhsuldar olacaq” – METTİS
-
Deputatlar bu gün toplaşır – 20 məsələ müzakirə ediləcək
-
Məşhur model geyiminə görə çətin anlar yaşadı - Fotolar
-
“Brent” neftinin qiyməti ilk dəfə 75 dolları ötüb –Son 4 ildə
-
Diqqət: “Lələ Təpə“ döyüşçüsünə təcili qan lazımdır
-
“Fənərbağça” çempionluq şansını davam etdirdi - Video
-
Ərdoğan əsəbiləşib iclası tərk etdi (VİDEO)
-
Səudiyyə bombaladı: Saməd öldü, 3 günlük matəm elan edildi
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedir –Açıqlama
-
Çılpaq fotolarını paylaşan modeldən növbəti ajiotaj - FOTO
-
Dibala, İkardi, Pastore... - Argentinalıların taleyinə Messi qərar verəcək
-
Bakıda nazirin nəvəsi yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı – Hər gecə dava düşür – VİDEO
-
“İranla nüvə sazişinə alternativ yoxdur” – Kreml
-
“Yol yenidən qurulur, amma işıq dirəkləri quraşdırılmır”
-
Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
-
Təhsil Naziri Ceyhun Bayramov kimdir? - DOSYE
-
Azərbaycanla İran Xəzərdə birgə neft-qaz çıxaracaq - Prezident sazişi təsdiq etdi
-
Bu postlara təyinat olmayıb - Boş yerlər
-
Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”
-
Dövlət Turizm Agentliyinin sədri kimdir? - DOSYE
-
Müdafiə Nazirliyindən BƏYANAT: “Düşmən təxribata əl ata bilər“
-
“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi
-
Dünyanın ən böyük neft şirkətinə ballistik raketlər atıldı
-
Prezident Nazirlər Kabinetinə yeni üzvlər təyin etdi - Siyahı
-
Səməd Seyidovun AŞPA-da qəzəbli çıxışı:“Burda kimsə məni korrupsiyada ittiham edə bilməz”
-
Deputat Qüdrət Həsənquliyev: “İnsanlar yuxarıdan aparılacaq islahatlara ümid edir”
-
“Mourinyo ilə problemim yoxdur“ - Poqba
-
Boşanan müğənnimiz özünə kişi axtarır: “Belə biri olsun” – FOTO
-
Yıldırımdan sərt sözlər: “Alçaqları vurun” dedim!
-
“Amansız terror aktından son dərəcə hiddətlənirik” – Prezident Əfqanıstanlı həmkarına məktub göndərdi
-
ABŞ prezidenti müşaviri Con Boltondan məkrli yeni Suriya planı: ərəblərin qanını ərəblər axıdacaqlar – Təhlil
-
Dolların sabaha olan rəsmi məzənnəsi –Mərkəzi Bank
-
Öncə Hüseyn Abdullayevin mahnılarını oxudular, sonra isə... VİDEOLAR
-
Tolikin gizli görüntülərini əkiz bacılar yayıb? - Video+18
-
“Barselona“nın Arda Turan qərarı: bu ölkəyə satırlar
-
Mehdiyev: Bu gün təyinatlar olacaq, gənclər... - Video
-
MTN generallarına hökm oxundu – Sabiqlər uzunmüddətli həbs cəzasına məhkum olundular (SİYAHI)
-
İmişlidəki süni balıq gölləri bütöv bir kənd üçün əsl problemə çevrilib
-
Yeni kənd təsərrüfatı naziri 3 əsas fəaliyyət prinsipini açıqlayıb – Şəffaflıq, səmərəlilik, hesabatlılıq
-
Serj Sərkisyan istefa verdi: “Mən səhvə yol verdim, Paşinyan haqlı idi“
-
Lənkəran-Lerik yolunda cəhənnəm əzabı - VİDEO
-
“Baş verənlər Ermənistanın daxili işidir” - Rusiya Sarkisyandan imtina edir?
-
Koalisiya qüvvələri Yəməndə toyu vurdu: 20 ölü, 40 yaralı
-
Ramil Usubovdan yeni təyinat
-
Ermənistanda müxalifət lideri Paşinyan azad edildi – Axşam hamını mitinqə çağırdı
-
“Azərişıq”da Baba Rzayevə meydan oxuyan idarə rəisi böyük qalmaqal yaratdı
-
ABŞ Ankaranı Moskva və Tehrandan uzaqlaşdırdı: Türkiyə “məğrur tənhalığa” doğru gedir – Təhlil
-
Sabaha olan hava proqnozu-Yağmursuz keçəcək, külək arabir güclənəcək
-
Ermənistanın müdafiə naziri:“Ordu etiraz aksiyalarına müdaxilə etməyəcək”
-
“Azərbaycanın OPEC-ə qoşulması gündəmdə deyil” – Pərviz Şahbazov
-
İslahatlar yoxsa sabitlik?.. Ya da ikisi birində..
-
MİDA-ya rəhbərlik Sadiq Sadıqova tapşırılıb
-
“Arvadımı başqa kişi ilə gördüm” – Gəncədə dəhşətli qətl
-
İsrailin baş naziri İlham Əliyevi təbrik etdi:“Sizi ən qısa zamanda yenidən görməyə ümidvaram”
-
70 dövlət əmlakı özəlləşdirilir - Tarix açıqlandı
-
Bakıda gizli ibadət evləri aşkarlandı - DTX araşdırır
-
Azərbaycan Müdafiə Nazirliyi: Düşmən təxribatına qarşı tədbirlər görüləcək
-
Tünzalənin yeni görünüşünə Röyadan şərh: “Səni belə görmədim“
-
Məhəmməd Salah İngiltərənin ən yaxşı oyunçusu oldu
-
Əli Həsənov: “Biz seçkidən əvvəl bilirdik ki…” - Video
-
İrəvandan ən son məlumat: Liderlər həbs olunsalar da, etirazlar davam edir
-
Abid Şərifov açıqlama verdi: “Sağ-salamatam, xəstəxanada nə işim var?”
-
Hazırda nazir vəzifəsini Hüseyn Bağırov icra edir – ETSN
-
Hüseyn Abdullayevin Bakıya gətirilmə anı - VİDEO
-
MTN generallarına bu gün hökm oxunur – Qadın general “danışmaq istəmirəm” dedi
-
6 saylı ərazi vergi idarəsi rəisindən ŞİKAYƏT
-
Kem Çen In razılıq verdi - ABŞ nüvə poliqonlarını yoxlayacaq
-
Tovuz “Aqrolizinq” də korrupsiya - İttiham
-
İcazəsi olmayanlar evlərinə maşınla gedə bilməyəcək - “Formula-1” ilə bağlı
-
Hüseyn Abdullayevin tutulması xəbəri rəsmən təsdiqləndi - FOTO
-
Ermənistan gecə atəşkəsi 104 dəfə pozub –Müdafiə Nazirliyi
-
“Hazırda nazir vəzifəsini Oqtay Şirəliyev icra edir” – Səhiyyə Nazirliyi
-
ABŞ Ermənistan hökumətinə xəbərdarlıq etdi –Bəyanat
-
“İndi ABŞ və Rusiya əvvəl olduğu kimi, hamını idarə edə bilmir” –BMT-nin Baş katibi
-
Arsen Venger PSJ-ni çalışdıra bilər - Açıqlama
-
Üzeyir İsmayılov müdafiə sənayesi naziri gətirilir? - İddia
-
Sürücülərin nəzərinə: Bu gecədən yollar bağlanır
-
“Atena” şirkətinin işdən çıxarılan 250-dən çox işçisi etiraz aksiyası keçirib –FOTO
-
Bakının mərkəzində ucuz mənzillər: fırıldaq, yoxsa real qiymət? (VİDEO)
-
300 milyon çinli Çin kommunist partiyasını tərk edib:proses həbslər və qətllərlə müşayiət olunur – Araşdırma
-
Azərbaycanlı aparıcının yarıçılpaq qızlarla görüntüsü üzə çıxdı - FOTO
-
“Məni narahat edən futbolçuların uğurlardan çaşmaq ehtimalıdır” – Qurban Qurbanov
-
İşsiz qalan Abid Şərifovun vəziyyəti pisləşdi - Son dəqiqə!
-
Putinin dostunun bankda olan 2 milyardı donduruldu – Rus oliqarxı çətin vəziyyətdə
-
Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi
-
“Qarabağ“ futbol klubu ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub
-
“Balta zərbələrindən əli və barmaqları qopmuşdu” - namus yoxsa, şübhə?
-
Nalbandyan səfirlərlə təcili görüş keçirdi –Diplomatlar müxalifətlə dialoqa başlamağı təklif edir
-
“Tehran cəlladı” tutuldu – İran polisi nümayişçilərə işgəncə verən prokuroru həbs edib
-
Boksun calı əfsanəsi: “Ərdoğanla görüşmək istəyirəm”
-
Oqtay Şirəliyevə yeni vəzifə verilir (İDDİA)
-
Türkiyədə növbədənkənar seçkilərdə on partiya mübarizə aparacaq –Adlar açıqlandı
-
ADİU-nun Zaqatala filialında Orucəli Rzayev kabusu - İttiham
-
Ruhaninin köməkçisi “azərilər türk deyil“ dedi, ara qarışdı
-
AKP-dən CHP-İYİ Partiya ittifaqına reaksiya: “Əxlaqdankənar birlik...“
-
Bu bazar da boşalır: Sığorta şirkətləri geri çəkilir
-
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olundu
-
Londonda Skripalları zəhərləyən agentin kimliyi bəlli oldu
-
Ağcabədi “MERO”-da açıq rüşvət - Video
-
Yeni nazir haqda maraqlı faktlar: polkovnik oğlunun 19 yaşından SOCAR-dan başlayan həyat yolu...
-
Çinin saxta yumurtaları Bakıya da gəlib? – ŞOK FOTO
-
Ötən günlərimi qaytaraydılar... - Yola salınan məmurlarla bağlı satirik VİDEO
-
Rövşən Rzayev Əli Həsənovun nəvəsi BARƏDƏ: “Ömrü boyu adı ləkəli qalacaq“
-
İranda aksiyalar davam edir: 150 nəfər saxlanıldı
-
Qohumluq əlaqələri işə yaramadı: “Əmlak kralı”nın taleyi necə olacaq?
-
Səudiyyə kralının sarayında nə baş verir?
-
46 qızı zorladığı iddia olunan falçı azadlıqda: “Özümü asmaq istəyirdim... “
-
Tramp sazişi uzatmasa, İran nüvə proqramını bərpa edəcək - Rəsmi Tehran
-
“Barselona“da yadplanetlilər oynayır“ - Montella
-
Sabaha olan hava proqnozu – Bakıda qısamüddətli yağış yağacaq
TOP 10
ARXİV