Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İran Türkmənistanı məhkəmə ilə hədələyib

Tarix 28.05.17, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


İran Milli Qaz Şirkətinin rəhbəri Həmid Reza Araki qiymətin endiriləcəyi halda Türkmənistan qazını almağa davam edəcəklərini bəyan edib.

APA-nın məlumatına görə, İRNA agentliyi İran Neft və Qaz Nazirliyinə istinadən Türkmənistanın İranın şərtləri ilə razılaşmayacağı halda Tehranın Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyi barədə xəbər yayıb.

Buna səbəb bu ilin əvvəlində Türkmənistanın İrana qaz ixracını dayandırmasıdır. Tehranın Aşqabaddan hansı məbləğdə kompensasiya tələb etdiyini açıqlamayan İran Milli Qaz Şirkətinin rəhbəri H. R. Araki bildirib ki, kompensasiya məbləği iddiada əksini tapıb və həmin iddia Aşqabada da təqdim edilib. Bununla bərabər, Türkmənistan qazının svop çərçivəsində İran üzərindən Azərbaycana nəqli də davam edir.

Xatırladaq ki, İran və Türkmənistan arasında qaz qalmaqalı 2016-cı ilin sonlarında başlayıb. “Turkmenqaz” qaz satışı ilə əlaqədar İran Milli Qaz Şirkətindən 1,8-2 milyard dollar tələb edib. Uzun müzakirələrdən sonra tərəflər qarşılıqlı razılığa gəliblər. Buna baxmayaraq, Türkmənistan 1 yanvar 2017-ci ildən İrana qaz ixracını dayandırıb.



Xəbərin oxunma sayı : 94




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap