Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İran və Venesuela ilə müqavilələrin şərtləri sərtləşəcək - Tramp seçkilərdə qalib gələrsə

Tarix 26.09.20, 10:27

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İran və Venesuela ilə mümkün müqavilələrin bağlanması şərtlərini sərtləşdirməyi düşünür.

APA “CNN”-ə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri Tehrana və Karakasa ünvanlanan belə bir xəbərdarlıqla Mayami şəhərində tərəfdarları ilə seçkiqabağı görüşdə çıxış edib.

“Mən sizə bunları deyəcəyəm: İstər İran, istərsə də Venesuela olsun – onsuz da onlar danışıqlar aparmaq istəyirlər. Hər kəs danışıq aparmaq istəyir. Amma seçkilər bitənə qədər gözləmək istəyirəm. Bir il əvvəl dedim: sizin seçim imkanınız var, danışıqları indi və ya seçkilər bitdikdən sonra apara bilərik. Ancaq seçkilərdən sonra razılıqlar daha sərt olacaq”, – Tramp belə deyib.

Amerikalı lider, həmçinin Venesuela, Kuba və Nikaraquaya qarşı fəal şəkildə birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyini xatırladıb və bunları “tarixin ən sərt sanksiyaları” adlandırıb.

“Bu ölkələrin hamısı ABŞ-la danışıqlara gələcəklər. Gözəl bir razılaşma əldə olunacaq. Seçkilər bitənə qədər gözləməliyik. Mən onlara gözləmək istədiyimi bildirdim”, –  deyə Ağ Ev rəhbəri əlavə edib.




Xəbərin oxunma sayı : 490




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap