Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İranda SEPAH generalı həbs edildi - FOTO/VİDEO

Tarix 02.12.22, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandirlərindən olan general Məhəmməd Bağır Bəxtiyar evinə İran təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində həbs edilib və şəxsi əşyaları müsadirə olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bəxtiyar daha əvvəl bir audiofayl yayaraq İran hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırmışdı.

O bildirib ki, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə “kəllə sümüyünün zədələnməsi diaqnozu qoyublar”.

İran rəsmilərini “ambisiyalı və şəxsiyyətsiz” adlandıran keçmiş SEPAH komandiri demişdi ki, əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi.

“Artıq xalqın əsas hədəfi rəhbərdir, şüarlar birbaşa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir”, - deyə general Məhəmməd Bağır Bəxtiyar səs yazısında bildirib.

General İran-İraq müharibəsi dövrünün əsas komandirlərindən biri və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin qurucularından olub.





Xəbərin oxunma sayı : 718




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap