Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İrandan Azərbaycana külli miqdarda narkotik keçirən sərhəd pozucuları tutulub

Tarix 27.11.17, 19:47

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, noyabrın 24-də Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edilib. Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb, hadisə yerindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalanıb.

İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucularının - 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olunub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.











Xəbərin oxunma sayı : 562




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap