Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İrandan Azərbaycana satmaq məqsədi ilə heroin gətirən şəxs saxlanılıb – DİN təfərrüatı açıqladı

Tarix 12.12.19, 16:13

Font ölçüsü : - / +
bitmap-img6


İrandan Azərbaycana satmaq məqsədi ilə 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb.

DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında Masallı rayon sakini əvvəllər dəfələrlə məhkum olunmuş İntiqam Hüseynov Cəlilabad rayonu Muğan kəndi ərazisində saxlanılıb. Onun idarə etdiyi “VAZ 21015” markalı avtomobilin salonuna baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 2 kiloqram 630 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

İlkin araşdırma zamanı İ.Hüseynov həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan əvvəldən tanıdığı “Mehdi” adlı İran vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. İntiqam Hüseynov ifadəsində əvvəllər də dəfələrlə “Mehdi” adlı şəxsdən narkotik vasitələr əldə edərək onların Bakı şəhərində satışını təşkil etdiyi bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.





Xəbərin oxunma sayı : 436




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap