Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İraqın Kürdüstan bölgəsi müstəqillik referendumu keçirir

Tarix 25.09.17, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


İraqın Kürdüstan bölgəsində seçicilər ziddiyyətli müstəqillik referendumu üçün səsvermə məntəqələrinə gedir.

İraqın baş naziri xəbərdarlıq edib ki, o, "ölkənin birliyini saxlamaq üçün lazımi tədbirlər" görəcək.

Qərb ölkələri yeni münaqişənin yaranması və özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə mübarizədən yayınmaq ehtimalı ilə referendum barədə narahatlıqlarını ifadə ediblər.

Lakin bütün bunlar uzun müddətdir ki, öz dövlətini qurmaq üçün mübarizə aparan kürdləri dayandıra bilməyib.

Referendumun "Bəli" ilə nəticələnəyi gözlənilir.

İraq referendumun dayandırılmalı olduğunu qeyd edib.

Səsvermədən öncə baş nazir Heydər əl-Əbadi bildirib ki, səsvermə, konstitusiyaya ziddir və sülh prosesini hədələyir: "Biz ölkənin birliyini saxlamaq üçün lazımi tədbirlər görəcəyik".

Lakin o, hansı tədbirləri həyata keçirmək niyyətində olduğunu açıqlamayıb.

Bundan sonra İraq hökuməti Kürdüstan bölgəsindən beynəlxalq sərhəd məntəqələrində nəzarətin verilməsini tələb edib.

İraq həmçinin digər ölkələrdən Kürdüstan regionundan neft almamağa və "neft və sərhədlər"ə görə danışıqları yalnız hökumətlə aparmağa çağırış edib.

Neft Kürdüstan regionunun əsas ixrac məhsullarından biridir.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

İsrail müstəqillik referendumunu açıq dəstəkləyən yeganə ölkə olub (BBC).



Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap