Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İraq uğrunda gizli Türkiyə-İran savaşı: Sünni-şiə “barıt çəlləyi”nə dönmüş Mosul kimə qalacaq? - Təhlil

Tarix 31.10.16, 0:18

Font ölçüsü : - / +
bitmap-img6


Qəniməti bölməyin vaxtı çatanda Vaşinqton Mosulu azad edənlərin arasında münaqişənin qopacağına görə getdikcə daha çox əndişəyə düşür. Mosul uğrunda döyüş hələ başlanmayıb. Hələlik söhbət hərbi baxımdan o qədər də təəssürat doğurmayan, İraq hökumət ordusu, kürd peşmərgə döyüşçüləri, Türkiyənin təlim keçdiyi sünni könüllülərdən ibarət koalisiyanın Mosul civarında bir sıra kəndləri azad etdiyi müqəddimədən gedir. İŞİD-in iki il əvvəl ələ keçirdiyi şəhəri koalisiyanın mühasirəyə aldığına baxmayaraq, İŞİD Suriyada yerləşən bazalardan yüzlərlə silahlısını şəhərə göndərəməyə nail olub.

İŞİD-lə vuruşan koalisiya “düşmənimin düşməni mənim dostumdur” prinsipi üzrə təşkil olunub. Lakin düşmənimin düşməni və mənim düşmənim və yaxud ən pisi, dostumun düşməni dostum çıxsa, nə olacaq?

Amerikalı müşavirlər Mosulun azad edilməsində mərkəzi rol oynamalı olacaq İraq hökumət qoşunları ilə əlaqədədir. Lakin rəsmən İraq müdafiə nazirliyinə tabe olan, əslində isə İrandan əmrlər alan "Haşdi Şabi" şiə könüllü yığması amerikalılar Mosul uğrunda döyüşlərdə iştirak edəcəyi halda onlara hücum etmək hədəsi gəlir. On minlərlə şiə döyüşçüdən ibarət "Haşdi Şabi" şiə İranı tərəfindən silahlandırılır və bir çox baxımdan İraq hökumət ordusundan daha yaxşı silahlandırılıb. Haşdi Şabi Amerika müşavirlərini işğalçı sayır və Mosul ələ keçirildikdən sonra ABŞ-ın burada baza yaratmaq planından şübhələnir.

Amerikalılar üçün daha bir problem ABŞ-ın iki müttəfiqi – Türkiyə və İraq arasındakı münaqişədir. Bəzi icmalçılar hesab edirlər ki, Mosula hücumun təxirə salınmasının səbəbi məhz bundan ibarətdir.

Prezident Ərdoğan israr edir ki, Türkiyə Mosulun azad edilməsinə qatılmaqdan çıxdaş edilməməlidir. O, ötən ilin dekabrında Mosuldan şimaldakı bazaya 25 tankın dəstək verdiyi minə yaxın əsgər göndərib. İraq hökuməti ölkənin suverenliyinə toxunmaqla bağlı etiraz ifadə edib. İraq parlamenti tələb edib ki, hökumət tədbir görsün. BMT Təhlükəsizlik Şurasına müraciət heç bir nəticə verməyib.   

Amerika hərbi müşavirləri kimi, türklərə də “işğalçı” kimi baxan Haşdi Şabi şiə döyüşçüləri ilə Türk qoşunları arasında arasında toqquşma təhlükəsi var. Ərdoğan İraqa öz müdaxiləsini bununla əsaslandırmağa cəhd edir ki, öz sünni qardaşlarının maraqlarını müdafiə etməyə borcludur. O bildirib: “Sünnilərin müdafiəyə ehtiyacı var. Sünni ərəblər, türkmanlar, kürdlər – onların təhlükəsizliyinin qayğısına kim qalacaq?”

Bu müdafiənin qayğısına türk qoşunları deyil, 30 min ərəb, türkman və Mosuldan şimaldakı türk bazasında təlim keçmiş sünni kürdlərdən ibarət “Nineva qvardiyası” qalmalıdır.

Ankara ehtiyat edir ki, əhalisinin böyük qismi sünnilər olan Mosul azad edildikdən sonra İraq hökumətinin, yəni şiələrin nəzarəti altına düşəcək.

Vaşinqton Ərdoğanı fəal hərbi əməliyyatlardan kənar durmaq və əvəzində diqqətini, gözlənildiyi kimi, hərbi əməliyyatlar rayonunu tərk edəcək saysız-hesabsız qaçqınlara humanitar yardıma cəmləmək üçün dilə tutmağa çalışır. İraq tələb edir ki, Mosul götürülərkən Türkiyə öz qoşunlarını çıxartsın. Vaşinqton deyir ki, uyğun saziş imzalanıb. Bağdad bunu inkar edir, Ankara isə sükuta dalıb.

Türkiyənin davranışı qismən iyul qiyamınn ölkə silahlı qüvvələrinə toxunmadığını nümayiş etdirmək istəyi ilə izah olunur, lakin bütün generalların yarısı ya istefaya göndərilib, ya həbsdə əyləşir.

Türkiyə-İraq münaqişəsinin arxasında İraqa kimin təsir edəcəyi ilə bağlı Türkiyə-İran münaqişəsi gizlənir. Ankara Şimali İraq Kürdüstanı muxtariyyətinin simasında özünə müttəfiq tapıb. Mosul Bağdadın və yaxud Tehranın nəzarətində olmaqdansa, yaxşı budur, qoy, kürdlərin nəzarətində olsun. Hər halda, Ankara hələlik mükafat qismində kürdlərin Kərkük neft mərkəzinə nəzarət etmək tələblərinə müqavimət göstərmir.

Mosulun gələcəyi Haşdi Şabi şiə yığması ilə türklərin təlim keçdiyi sünnilər arasındakı münaqişədən asılıdır. Haşdi Şabi Mosul uğrunda döyüşlərdə iştirak etməsə, Ankara passiv mövqe tutacaq. Belə olmasa, Mosulun azad edilməsi bütün bölgə üçün nəticələri olan münaqişəyə səbəb olacaq.

Herbert Pundik

Politiken (Danimarka), 30.10.2016

Strateq.az



Xəbərin oxunma sayı : 163




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap