Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

İraqda kimsəsiz qalan 20 azərbaycanlı uşaq var –Hər uşağa 400 dollar cərimə kəsilib

Tarix 15.12.17, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


İraqda kimsəsizlər evində qalan 20-yə yaxın azərbaycanlı uşaq hələ də gözü yolda qalıb. Onlar Azərbaycana nə zaman göndəriləcəklərini gözləyirlər. Mətbuatda həmin uşaqlarla bağlı məlumat və videogörüntülər yayıldıqdan sonra dövlət rəsmiləri də məsələyə reaksiya verərək, müvafiq dövlət qurumlarının tez bir zamanda həmin uşaqların Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görüldüyünü bəyan etmişdilər. O cümlədən xarici işlər naziri Elmar Məmmədyarov da bildirmişdi ki, İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla rəhbərlik etdiyi qurumla bərabər müvafiq rəsmi təşkilatlar da məşğuldur.  Lakin məsələnin ictimailəşməsindən bir neçə ay ötməsinə baxmayaraq həmin uşaqlar hələ də İraqda kimsəsizlər evindədir.

Bu günlərdə millət vəkili Qənirə Paşayeva İraqdakı kimsəsizlər evində olub və 20 uşaqla görüşüb. Millət vəkili görüşlə bağlı təfərrüatları ürək ağrısı ilə qeyd edib: “Ömər anasını itirib. Atasından isə xəbərləri belə yoxdur. Terrorla mübarizə aparan İraq dövlət gücləri 5 qardaş-bacını taparaq Bağdaddakı yetimxanaya gətirib və bu barədə səfirliyimizə xəbər verib.

Sumqayıtlı Mehdi Aslanov. “42-ci məhəllədənik» deyir. 4 il əvvəl onun da ailəsi ya könüllü, ya da aldadılaraq buradakı silahlı qruplaşmalara qoşulub. Azərbaycandan onları Pərvin adlı birisi çıxarıb. Onların da marşrutu Türkiyə-Suriya-İraq (Təlafər)dir. Valideynlərini itiriblər. İndi dörd uşaq İraq çöllərində yetim qalaraq Bağdaddakı yetimxanaya sığınıblar. Dediklərinə görə, Azərbaycanda nənə-babası var.

Yetim qalmış 4 qardaş-bacının ən böyüyü təxminən 5-6 yaşlarındakı Cəfərdir. Onun da valideynləri digərlərinin taleyini yaşayıb.

Yetimlər evində 3-4 yaşı olan kiçik azərbaycanlı qız uşaqlarının üzünə baxmaq insandan güc istəyirdi. Onların küskün baxışları adamın ürəyini paralayırdı.

Hələ birisi vardı, çox balaca… Ata-anasının kimliyi də məlum deyil. O qədər kiçik ki, özü haqqında məlumat verə bilmir. Ona görə də Azərbaycandakı qohumlarını axtarmaq mümkünsüzdür. Bu məsum balanın adını da yetimxananın gülərüzlü müdirəsi qoyub. Dua adlandırıb onu. Kədərli və acı dolu gözləri var Duanın… Bura çox dəhşətli bir yerdir. Demək olar ki, hər millətdən uşaqlar var. Valideynləri İŞİD terror təşkilatı içərisində İraqda vuruşub və İraq dövlətinin terrorla mübarizəsi zamanı öldürülüblər. İraqda bu təşkilatın nə zülmlər törətdiyini, sadəcə, Təlafər türkmanlarını dinlədiyimiz zaman ürəyimiz parçalandı. Başqalarına acımayan bu insanlar demək öz uşaqlarına da acımayıb və onların belə bir cəhənnəmin içərisində yaşadıb. İndi isə uşaqlar da qalıb kimsəsiz, başsız. İnsan dəhşətə gəlir".

Millət vəkili qeyd edib ki, uşaqların Azərbaycana göndərilməsi üçün bütün sənədləri hazırdır, onların Bakıya göndərilməsi üçün maddi vəsait ayrılan kimi prosesi gerçəkləşdirəcək. Lazım olan vəsait isə uşaqların Azərbaycana gətirilməsi üçün yol pulu və təxminən hər uşaq üçün 400 dollar həcmində cərimədir. Millət vəkilinin bu açıqlaması müəyyən suallar doğurub. Maraqlıdır, Azərbaycan hökuməti öz vətəndaşı olan 20 uşaq üçün 400 dollar ödəmək iqtidarında deyil?

“Uşaqların ölkəyə gətirilməsi İşçi Komissiyasının işindən asılıdır”. Bu sözləri isə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov report.az saytına açıqlamasında bildirib. O bildirib ki, uşaqların sayının 20-dən çox olduğu haqda məlumatlar var. Ona görə də sayın dəqiqləşdirilməsi və hamısının ölkəyə gətirilməsi üçün işlər həyata keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qurumun birbaşa bu məsələdə səlahiyyəti yoxdur: “Burada daha birinci səlahiyyəti olan dövlət qurumları var ki, bununla məşğul olurlar. O cümlədən Xarici İşlər Nazirliyi, səfirliklər və sairə. Yəni qurumumuz həmin uşaqlar ölkəyə gətirildikdən sonra iş aparacaq”.

 



Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap