Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ərdoğan: “Avropa İttifaqı xristian ittifaqıdır”

Tarix 27.03.17, 3:37

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün Avropa İttifaqının yaranmasının 60 illiyi ilə bağlı tədbir Vatikanda keçirilir. Papa nə vaxtdan Avropa İttifaqının üzvü olub?”.

APA-nın verdiyi məlumata görə, bunu bu gün İstanbulda prezident üsul-idarəsinə keçidlə bağlı Konstitusiyaya dəyişikliklə əlaqədar keçirilən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan Avropa İttifaqının 60 illiyinin Vatikanda qeyd edilməsinin bu qurumun xristian ittifaqı olduğunu sübut etdiyini vurğulayıb: “Siz Türkiyəni müsəlman dövləti olduğu üçün Avropa İttifaqına üzvlüyə qəbul etmirsiniz”.

R. T. Ərdoğan bəzi Avropa ölkələrinin Türkiyəyə silah satışına qadağa qoymasını da sərt tənqid edib: “PKK-ya, PKK-nın Suriya qolu olan PYD/YPG-yə, İŞİD-ə silahlar hədiyyə edənlər Türkiyəyə pulu ilə silah satmır. Yadda saxlasınlar ki, ilanla çuvala girəni ilan sancacaq. Onların terrorçulara satdıqları silah bir gün özlərinə dönəcək. Türkiyəyə satdıqları silah isə onları da terrordan qoruyacaq. Ancaq onu da nəzərə alsınlar ki, bu gün Türkiyə 1990-cı illərdəki Türkiyə deyil, özü ən müasir silah və sursat istehsal edir”.



Xəbərin oxunma sayı : 595




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap