Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğan :“Fövqəladə vəziyyət rejimini ləğv etməyəcəyik”

Tarix 21.05.17, 22:21

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti ABŞ-ın Türkiyə və PKK terror təşkilatı arasında seçim qarşısında qaldığını bəyan edib

“Fətullahçı Terror təşkilatı dünyanın 160 ölkəsində təhsil müəssisələri yaradıb, həmin ölkələrdə hakimiyyətdə olan insanların övladlarını bu məktəblərə cəlb edirlər. Bu uşaqlara dünyanın yeganə imamının Fətullah Gülən olduğu söylənir”.

Bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) Türkiyədə olduğu kimi bu yolla həmin ölkələri də ələ keçirməyə çalışır. Türkiyə prezidenti PKK terror təşkilatı, bu terror təşkilatının Suriya qolu PYD/YPG ilə əməkdaşlıq edən ABŞ və digər ölkələri çətin günlər gözlədiyini də vurğulayıb: “Son dövrlər Türkiyədə PKK terrorçularının dağlarda 65 mağarası aşkarlanıb, 600-dən çox terrorçu öldürülüb. Namərd qaçar, mərd döyüşər. Bölgədə kiminlə yola çıxmaq barədə fikri qarışıq olanlar bir daha düşünsün. Türkiyə dövləti bir yanda, hər kəsin istifadə etdiyi terror təşkilatı bir yandadır, bu ikisi arasında seçim etmək lazımdır”.

Türkiyə prezidenti Qərb ölkələrinin Türkiyəyə fövqəladə vəziyyət rejimi ləğv etməsi yönündə suallar ünvanlamasına da toxunub: “Fransada 15-20 terrorçu baş qaldırdı, indiyə qədər Fransada fövqəladə vəziyyət rejimi davam edir. Türkiyədə dövləti yıxmağa çalışdılar, 15  iyul dövlət çevrilişinə cəhd zamanı yüzlərlə insan şəhid, qazi oldu. Nə üzlə bizə fövqəladə vəziyyət rejiminin ləğv edilməli olduğunu söyləyirsiniz? Fövqəladə vəziyyət rejimini ölkəmizdə əmin-amanlıq bərqərar olana qədər ləğv etməyəcəyik. Fövqəladə vəziyyət rejimi bu gün ölkədə kimin həyatını çətinləşdirir? Fabriklər, zavodlar işləmir?”. (APA)



Xəbərin oxunma sayı : 76




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap