Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

Tarix 17.11.17, 14:14

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə saat bundan öncə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya, Küveyt və Qətər səfərlərinin yekunları barədə danışıb.

Virtualaz.org xəbər verir ki, jurnalistlərlə söhbətində Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyi Dağlıq Qarabağ münaqişəsi mövzusuna da toxunub.

“Biz cənab Putinlə Dağlıq Qarabağ problemini müzakirə etdik, - “Star” nəşri Ərdoğanın sözlərindən iqtibas gətirir. – Rusiyanın Ermənistana təsir gücü var. Daha öncə qəbul edilmiş və işğal olunmuş yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar mövcuddur (Ərdoğan BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərdə tutur – virtualaz.org). Biz bunun üzərində dayandıq ki, həmin qərarlar icra edilməlidir. Cənab Putin müsbət yanaşır, lakin başa düşdüyümə görə, xüsusi ümid bəsləmir. Düşünürəm ki, onun ümidsizliyi iki ölkə arasında münasibətlərlə bağlıdır”.

Qeyd edək ki, Putinlə Ərdoğan arasında danışıqlar bir neçə gün bundan əvvəl baş tutub. Prezidentlər və onların mətbuat xidmətləri görüşlərin Dağlıq Qarabağ münaqişəsi üzrə nəticələrini şərh etməyiblər, halbuki Ərdoğan Azərbaycan üçün çox vacib olan bu mövzunun müzakirəsini anons etmişdi. Noyabrın 22-də Rusiya və Türkiyə prezidentləri yenidən Soçidə görüşəcəklər.



Xəbərin oxunma sayı : 505




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap