Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğanı dəhşətə gətirmiş son seçki – AKP Türkiyədə nufuzunu niyə itirir? TƏHLİL

Tarix 01.09.17, 18:06

Font ölçüsü : - / +
bitmap-img6


"Financial Times" qəzeti Türkiyədə hakim siyasi qüvvə olan AKP-nin perspektivi barədə yazı dərc edib.

Qəzetin Ankara müxbiri Laura Pitel yazır ki, bu ay Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının yaradılış günü təntənə ilə qeyd olunur. Bununla əlaqədar avtobus dayanacaqlarında və iri lövhələrdə partiyanın lideri Rəcəb Tayyip Ərdoğanın portretlərini görmək olar… Bir də bu lövhələrdə "AK sevgisinin 16 yaşı var" sözləri yazılıb.

Lakin məqalə müəllifinin fikrincə, 15 il müddətində hakimiyyətdə olduqdan sonra prezident sarayı bu sevginin ölməsindən narahatdır. FT yazır ki, qarşıdan gələn 2019-cu il parlament və prezident seçkilərindən əvvəl Ərdoğan irəlidəki çətinliklər barədə açıq danışmağa başlayıb. O mübarizədən yorulmuş rəsmiləri işdən uzaqlaşdırmağa və yeniləşməyə çağırır: "Mübarizə şəraiti dəyişib və biz də dəyişməliyik.  Amma bu dəfəki dəyişiklik radikal olmalıdır".

Məqalədə deyilir ki, bu bəyanatı repressiyaların yenidən coşdurulmasına çağırış kimi də başa düşmək olar. FT yazır ki, Ərdoğanın və onun hakim partiyasının əsas narahatlığı aprel ayında keçirilmiş referendumda çox cüzi fərqlə qazanılan uğurdan doğub. Geniş təbliğatdan sonra Ərdoğanın səlahiyyətlərini hədsiz artırmalı olan bu referendumda AKP rəsmi rəqəmlərə görə 51, 4 faizlə qələbə qazanmışdı. Halbuki səsvermədə ciddi pozuntulara yol verildiyi barədə iddialar hətta bu nəticəyə də şübhə kölgəsi salıb.

FT yazır ki, nəticə Erdoğanı dəhşətə gətirmişdi. Ölkənin iki ən böyük şəhəri – İstanbul və Ankara Ərdoğana "yox" demişdi. Məqalədə deyilir ki, bu nəticə ölkənin parlament sistemini prezident sistemi ilə əvəzləmiş Ərdoğan üçün ciddi riskdən xəbər verir. Bu o deməkdir ki, qarşıdan gələn seçkidə prezident olaraq qalmaq üçün ona 50 faizdən çox səs toplamaq lazım gələcək. Buna görə də Ərdoğan bəyan edib ki, "2002-ci ildə biz hakimiyyətə 34, 4 faiz səslə gəlmişdik, amma bu dəfə vəziyyət daha çətin olacaq".

FT yazır ki, məhz buna görə də AKP elektoratın ürəyini və beynini ələ almaq üçün indidən səylər göstərir. Söhbət ilk növbədə 18-25 yaş arasında olan 8 milyon seçicidən gedir. Partiyanın apardığı daxili sorğu göstərib ki, hakimiyyətin cəmiyyətə gətirdiyi "nailiyyətlər" – səhiyyə sisteminin yaxşılaşdırılması və qadınlara hicab azadlığının verilməsi artıq o qədər də böyük eyforiya yaratmır.

Partiya rəsmiləri canfəşanlıqla yeni layihələr üzərində baş sındırırlar: "Ayişə xalanı İstanbulda üçüncü hava limanının tikintisi və ya yeni Bosfor körpüsü o qədər də maraqlandırmır.  Biz indi daha çox iş görməliyik" – deyə bir partiya funksioneri vurğulayıb.

Məqalədə deyilir ki, AKP artıq böyük çadır hərəkatı deyil. Partiyanın Abdullah Gül və Bülent Arınc kimi ağırçəkililəri Ərdoğana sədaqətli olan yenilər tərəfindən bir kənara atılıb. Prezidentin kürəkəni və enerji naziri Berat Albayrağın artan nüfuzundan hətta partiya daxilində də narazılıq var. Bir partiya funksioneri isə FT müxbirinə deyib ki, Ərdoğan öz qüsurlarından başqa hamının qüsurlarını yaxşı görə bilir: "Maraqlıdır, görəsən o gecələr yatağına uzananda bir dəfə də olsun özünə sual veribmi ki, bəlkə elə mən də yorulmuşam?  Amma bu elə sualdır ki, bizim onu soruşmağa ixtiyarımız yoxdur" –deyə həmin rəsmi bildirib.

“Bununla belə, Ərdoğanın öz tərəfdarları və partiyasının üzvləri arasındakı nüfuzu çox az adamda şübhə doğurur”, – qəzet yazır.

Bir çox təhlilçilər bu qənaətdədirlər ki, hazırda Ərdoğanın problemləri ölkə içində yox, onun xaricindədir. Söhbət Suriya müharibəsindən, Türkiyənin ABŞ və Avropa kimi müttəfiqlərlə problemlərindən gedir. Bəzi partiya üzvləri bu təhlükələri başa düşdüklərinə görə prezidenti erkən seçkiyə getməyə sövq edirlər. Sözdə bunun əleyhinə olsa da, ekspertlər Ərdoğanın iqtisadiyyatın indiki sabitliyində qalacağı şəraitdə gələn ilin sonlarında seçkiyə gedə biləcəyini düşünürlər.

Prezidentə yaxınlığı ilə tanınan jurnalist Abdulkadir Selvi yazıb ki, gələn seçkini uduzan, hər şeyi uduzacaq.(strateq.az)



Xəbərin oxunma sayı : 163




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap