Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğan İlham Əliyevlə telefonla danışıb:“Əməliyyata hər cür dəstək verməyə davam edəcəyik”

Tarix 24.10.20, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


“Bu səhər İlham Əliyevlə telefonla danışdım”.

AzFakt.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Kayseridə keçirilən bugünkü toplantısında deyib.

O bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edir: “Hazırda azərbaycanlı qardaşlarımız işğal altındakı ərazilərə doğru hərəkət edərək, torpaqlarını geri almağa başlayıblar”.

Ərdoğan Azərbaycana sonadək dəstək verəcəklərini bir daha təkrarlayıb: “Bir millət, iki dövlət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əks-həmlə əməliyyatına hər cür dəstək verməyə davam edəcəyik”.

O, Minks Qrupunun həmsədri kimi Fransanı Ermənistanı silahlandırmaqda ittiham edib: “Makronun islam dini və müsəlmanlarla dərdi nədir? Makronun zehni müalicəyə ehtiyacı var. İki dəqiqədən bir Ərdoğana toxunur. Bu, sənə heç nə qazandırmaz. Azərbaycandakı fəlakətlərin, işğalların arxasında bunlar dayanır. Minsk qrupunda da təmsil olunurlar”.

Ərdoğan daha sonra Minsk Qrupunun fəlaiyyətini tənqid edib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri, bu günə qədər nə etdiniz? Azərbaycan torpaqlarını işğaldan azad etdiniz? Xeyr! Ermənilərə silah göndərib, bununla bölgəyə sülh gətirəcəyinizi zənn edirsiniz. 

İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq. Azərbaycan torpaqlarının işğalına, baş verən müsibətlərə kor, kar qalanlar bu gün atəşkəs çağırışı edirlər, bu, tam bir riyakarlıqdır”.




Xəbərin oxunma sayı : 307




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap