Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğan Əli Babacanla görüşündən danışdı: “Bu ümməti parçalamağa haqqınız yoxdur”

Tarix 10.07.19, 12:59

Font ölçüsü : - / +
bitmap-img6


İki günlük Bosniya və Herseqovina səfərindən dönən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əli Babacanın istefasına münasibət bildirib. 

Bu barədə Musavat.com BBC Türkcəyə istinadən məlumat verir.

Səfərdən dönərkən Ərdoğanın jurnalistlərə verdiyi açıqlamada Əli Babacan, Abdullah Gül və Əhməd Davudoğlu ilə bağlı “bu ümməti parçalamağa haqqınız yoxdur” ifadəsini işlədib.

Babacana partiya yaratmaqda gecikməməyi məsləhət görən Ərdoğan deyib: “Mən Əli bəyin özünə də dedim, bu sizin yolunuzdur, amma onu da yaddan çıxarmayın ki, bu ümməti parçalamağa haqqınız yoxdur. Sizin atdığınız addımlar partiyamızın parçalanmasına səbəb ola bilər amma bunu etməklə heç bir nəticə əldə edə bilməyəcəksiniz”.

Ərdoğan 23 iyunda İstanbul seçimlərindən əvvəl Əli Babacanla olan görüşünün detallarını da mətbuata açıqlayıb:“Əli Babacan mənimlə görüş tələb etdi, görüşdük. Onun partiyaya inamını itirməsinin səbəbini soruşduğum zaman mənə ölkədəki iqtisadi vəziyyətlə bağlı məsələnin olduğunu bildirdi. Təbii ki, bir çox mövzular ətrafında müzakirələr apardıq. Ondan yeni partiya qurub-qurmamaqla bağlı düşüncəsini soruşdum, o da hələ ki, düşünmədiklərini, lakin yeni bir platforma üzərində çalışdıqlarını bildirdi”, – deyə qeyd edən Ərdoğan Babacanın çıxdıqları bu yolda onları tərk etməsinin yanlış olduğunu və onlardan incidiyini söylədi.



Xəbərin oxunma sayı : 307




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap