Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğan ABŞ və Rusiyadan narazılıq etdi, Makrona mesaj verdi:“Onlar bu günədək qarşılarında dik duran lider görməyib”

Tarix 10.12.19, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


“Hər keçən gün İdlibdə vəziyyət daha da yaxşılaşır. Amma Təl Abyad və Rəsulaynda vəziyyət kritik olaraq aalır. İkisinin arasındakı məsafə 120 kilometrdir. Bizim əsl hədəfimiz isə Derik adlanan ərazilərdir, İraqla sərhədlərdə yerləşir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti ABŞ və Rusiyadan həmin ərazilərdəki terrorçuların çıxarılmasını tələb etdiklərini bildirib:

“Tərəflərlə 120 və 150 saatlıq anlaşmalarımız oldu. Onlar terrorçuların bu müddətdə bölgədən çıxacaqlarını dedilər. Amma nə Rusiya, nə də ABŞ öz vədlərini yerinə yetirdi. Əlbəttə, biz öz göbəyimizi özümüz kəsəcəyik. Bizim hədəfimiz 1 milyon insanı Təl Abyad və Rəsulay arasında yerləşdirməkdir”.

Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasına da toxunub: “Biz “S-400”-lərdən imtina etməyəcəyik. Bizim üçün bu səhifə bağlanıb. Biz öz müdafiə sistemlərimizi çoxşaxəli etmək istəyirik. Bundan kimsə narahat olmamalıdır. Sağ olsun, NATO-nun baş katibi də bunu dedi.

Makron isə qalxıb “Bir NATO üzvü necə “S-400” ala bilər?” dedi. Səndən soruşacağam? Onlar bu günədək qarşılarında dik duran lider görməyib”.




Xəbərin oxunma sayı : 322




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap