|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Ərdoğan Bakıda Zəfər paradında oxuduğu şeir İranı qarışdırdı – Rəsmi Tehran nədən narahatdır?
Tarix 12.12.20, 13:50 |
|
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 10-da Bakıda keçirilən Zəfər paradındakı çıxışı diplomatik qalmaqala səbəb olub. Çıxış zamanı onun söylədiyi bayatı İran hökumətində ciddi narahatlıq yaradıb.
Həmin bayatı belədir:
Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar…
İranın xarici işlər naziri Cavad Zərif prezident Ərdoğanın səsləndirdiyi bu misralardan siyasi mənalar çıxarıb və heç də diplomatik olmayan üslubla, hətta əsəbi tərzdə öz etirazını bildirib. O, “Twitter”də yazıb:
“Ərdoğana deməyiblər ki, Bakıda söylədiyi şeir Arazın ana vətən İrandan zorla ayrılmış şimal hissəsinə aiddir? Görəsən, o, Azərbaycan Respublikasının suverenliyi əleyhinə danışdığını da anlamayıb? HEÇ KƏS BİZİM əziz Azərbaycan haqqında söz deyə bilməz!”
Nazirin bu reaksiyasından sonra Türkiyənin Tehrandakı səfiri Dərya Örs İran XİN-ə dəvət edilərək ona rəsmi etiraz çatdırılıb və izahat tələb edilib.
C.Zərif “ana vətən İranın şimal hissəsi” dedikdə Azərbaycan Respublikasını, “Bizim əziz Azərbaycan” dedikdə isə İran Azərbaycanını nəzərdə tutur. Yəni C.Zərif Türkiyə prezidentini İranın ərazi bütövlüyünü şübhə altına alan şeir oxumaqda günahlandırdığı “tvit”ində bəlkə özü də fərqinə varmadan Azərbaycan Respublikasına ərazi iddiası irəli sürmüş olub.
Əslində bu, yeni bir şey deyil, İranda Azərbaycan Republikası ərazisi, ümumilikdə Cənubi Qafqaz coğrafiyası “Qacarların xəyanəti nəticəsində itirilmiş şimal torpaqları” hesab olunur.
Azərbaycan tarixçiliyində, ədəbiyyatında və ictimai şüurunda Gülüstan və Türkmənçay müqavilələri vətənin iki yerə bölünməsinə səbəb olan bədnam anlaşmalar kimi lənətləndiyi halda, İranda da bu anlaşmalar İran torpaqlarını parçalayan, onu böyük ərazi itkilərinə məruz qoyan faciə kimi lənətlənir.
İran idarəçiləri zaman-zaman bunu açıq şəkildə ifadə etməkdən də çəkinmirlər. Məsələn, prezidenti Həsən Ruhani 2019-cu ilin fevralında İslam inqilabının 40-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışında ölkəsinin son 2 əsrdə xeyli torpaq itirdiyini bildirmişdi: “Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar…”
205 il əvvəlki hadisə Gülüstan (1813), 191 il əvvəlki hadisə isə Türkmənçay (1828) sülh müqavilələridir.
Ruhani yenə həmin il başqa bir toplantıda deyib:“Cənubi Qafqaz və Azərbaycan Respublikasının əraziləri qədim İran torpağıdır. O torpaqlar 1828-ci ildə Çar Rusiyası tərəfindən işğal edilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranan dönəmdə Tehran hakimiyyəti etirazını bildirib və bu ərazilərin İrana birləşməsini tələb edib. Biz bu gün də həmin fikirdəyik. Çünki əhalinin çoxu şiə müsəlmanlarıdır və bu da İranın ərazi baxımdan bir parçası olmaq deməkdir…”
Vilayəti-fəqihin baxışı budur.
İranı narahat edən əsl səbəblər
Konkret R.T. Ərdoğanın oxuduğu bayatıya və İranın buna münasibətinə gəldikdə, Türkiyə prezidentinin “Arazı ayırdılar” deməklə hər hansı siyasi niyyət güdmədiyini Tehranda bilməmiş deyillər. Xüsusən də, Türkiyə və Azərbaycan prezidentlərinin bölgədə 6 dövlətin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, İran) iştirakı ilə geniş əməkdaşlıq platformasının yaradılmasının zəruriliyini vurğuladıqları, bu istiqamətdə təşəbbüslə çıxış etdikləri bir məqamda… Deməli, bu dərəcədə etirazın və narahatlığın səbəbi başqadır.
İran dövləti Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün apardığı müharibədən, bu müharibənin səbəb olduğu nəticə və təsirlərdən ciddi şəkildə narahatlıq keçirir. Türkiyənin bu savaşda Azərbaycana verdiyi açıq dəstək, İranın “şimal torpaqları” olaraq gördüyü coğrafiyada Türkiyənin nüfuzunun artması, güclənməsi, hətta burada öz hərbi mövcudluğunu təmin etməsi Tehranda həyəcan siqnalı ilə qarşılanıb.
Yadınızdadırsa, müharibənin gedişində İran cənub sərhədlərimizə böyük qoşun qruplaşması toplamışdı. Bu, heç də Azərbaycan və erməni ordularının qarşılıqlı artilleriya atəşləri zamanı bəzi mərmilərin İran ərazisinə düşməsi ilə bağlı deyildi.
İran rəhbərliyi daha çox Azərbaycan və Türkiyənin Mehri dəhlizini nəzarətə götürə biləcəyi ehtimalını göz önünə alaraq bu hazırlıqları aparırdı. (İran mediasında Qarabağa Suriyadan gətirildiyi iddia olunan silahlı qrupların İrana sızması təhlükəsindən də dəm vurulurdu.) Mehri dəhlizinin Azərbaycan və Türkiyənin nəzarətinə keçməsinin hansı geosiyasi nəticələr doğuracağı kimsəyə sirr deyil: bu halda iki ölkənin quru bağlantısı yaranacaq, bu, həm də türk coğrafiyasının bütövləşib, İranı şimaldan əhatə etməsi anlamına gələcək.
Bunun İran türkləri üçün hansı cazibəni yaradacağından uzun-uzadı danışmağa ehtiyac yoxdur. Mehri dəhlizinin Azərbaycan və Türkiyənin nəzarətinə keçməsi həm də o deməkdir ki, İranın Ermənistanla quru əlaqəsi kəsilir. Bütün bunlar nəinki İranın maraqlarına ziddir, hətta onun üçün ekzistensial təhlükə yaradır. İran ordusunun komandanları “biz bölgədə sərhədlərin geosiyasətinin dəyişməsinə yol verməyəcəyik” deyəndə məhz bunu nəzərdə tuturdular.
İran bu gəlişmələri əngəlləmək üçün müharibəyə girməyə və hərbi müdaxiləyə hazır idi. (Yeri gəlmişkən, qeyd edək ki, 10 noyabr Bəyanatına uyğun olaraq Naxçıvan və Azərbaycanın digər hissəsini birləşdirəcək quru və dəmir yolu Rusiyanın nəzarətində olacağı üçün geostrateji mənada böyük əhəmiyyət kəsb etməyəcək.)
İranın cari təhdid kimi dəyərləndirdiyi hadisələrdən biri müharibənin gedişində Azərbaycan ordusu tərəfindən İsrail kəşfiyyat dronlarının aktiv istifadəsi idi. Onlar şübhələnirdilər ki, sərhəddə uçan bu dronlar kameralarını İran istiqamətinə yönləndirib, kəşfiyyat məlumatları toplayaraq İsrailə ötürə bilər.
İranın başqa bir narahatlıq mənbəyi isə ölkənin içərisi, onun daxili stabilliyi və ümumilikdə ərazi bütövlüyünə risklərin meydana çıxması ilə bağlı idi. (Strateji təhdid.)
Azərbaycanda müharibənin başlanması, xüsusən də Azərbaycan ordu bölmələrinin sərhədin o tayında adi gözlə rahatlıqla görünən məsafədə hərbi əməlyyatlar keçirməsi və irəliləməsi İran azərbaycanlıları (türkləri) arasında böyük həyəcana və sevincə səbəb oldu. Xudafərinin o tayına yığışıb, Azərbaycan əsgərlərini alqışlayan, sevincdən göz yaşı tökən insan mənzərələrinin Tehrandakı inqilab rəhbərliyində hansı ovqat yaratdığını təxmin etmək çətin deyil. Hələ üstəlik, İran ərazisi vasitəsilə Rusiyadan Ermənistana hərbi yüklərin daşınması ilə əlaqədar etiraz aksiyaları da keçirildi.
Bir sözlə, bu savaş İran Azərbaycanında millətçi duyğuları qabardan bir hadisəyə çevrildi və İranın müharibəni mümkün olan ən qısa müddətdə dayandırmaq cəhdləri bununla bağlı idi.
İndi hələ müharibənin əks-sədası btməmiş, Qələbə paradı kimi İrandakı soydaşlarımızın da diqqətlə izlədiyi tarixi tədbirdə Türkiyə prezidentinin Azərbaycan xalqının zorla bir-birindən ayrılmasına işarə edən misraları tribunadan – özü də Türkiyə və Azərbaycan ordu bölmələrinin qarşısında – hayqırmasının güneydə doğuracağı hissləri düşünün…
İran idarəçilərinin niyə belə qəzəbləndikləri anlaşılır. Onların bu bayatını məsum bir xalq yaradıcılığı nümunəsinin səsləndirilməsi kimi qəbul etmələri çətindir.
Türkiyə səmimi olaraq İran İslam Respublikasının ərazi bütövlüyünə tərəfdardır, ən azı ona görə ki, İranın parçalanması Türkiyə üçün də ciddi risklər yarada bilər. İranda Türkiyə dövlətinin bu ənənəvi mövqeyini yaxşı bilirlər. Amma əminlikləri yoxdur və güvənmirlər – xüsusən də Ərdoğan kimi olduqca mütəhərrik siyasət yeridən qeyri-standart və ambisiyalı liderə…
Şahin Cəfərli
(pressklub.az)
Xəbərin oxunma sayı : 901
Analiz
Xəbərlər
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
TOP 10
ARXİV