Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ərdoğan Bakıya gəlir: Nələr müzakirə ediləcək?

Tarix 17.10.17, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı bir sıra ciddi məsələlər müzakirə olunacaq”

Bu sözləri Axar.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfərini şərh edən keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. 

Politoloq bildirib ki, yaranmış vəziyyət Bakı və Ankara arasında geniş dialoqu labüd edir:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı bir sıra ciddi məsələlər müzakirə olunacaq. Dünyada davam edən geosiyasi gərginlik, Cənubi Qafqazdakı mürəkkəb vəziyyət, o cümlədən Yaxın Şərqdə baş verən hadisələr gündəlikdə olacaq. Hesab edirəm ki, bir sıra məsələlərlə bağlı Azərbaycan və Türkiyənin mövqeləri üst-üstə düşəcək. Çünki Rusiya, Qərb və ABŞ-la münasibətlər koordinasiya olunmalı, fikirlər tənzimlənməli, bəlkə də mövqelərə yenidən baxılmalıdır”.

Politoloq görüşdə Dağlıq Qarabağ problemi və bu fonda iki ölkə arasındakı münasibətlərin əsas müzakirə predmeti olacağını qeyd edib:

“Bütün bu məsələlərin kompleks şəkildə müzakirəsi gözlənilir. Görüşün çox məhsuldar keçəcəyi və mühüm razılaşmlar imzalanacağı istisna deyil”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri oktyabrın 30-da baş tutacaq. Rəcəb Tayyib Ərdoğanın Bakıda keçiriləcək Bakı-Tiflis-Qars dəmiryolunun açılışında iştirakı da gözlənilir.



Xəbərin oxunma sayı : 358




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap