Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğan Baydenlə bu mövzuları müzakirə edəcək - Açıqlama

Tarix 13.06.21, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ Prezidenti Co Bayden ilə görüşümüzdə müzakirə edəcəyimiz məsələlər çox genişdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-14 iyunda Brüsseldə keçiriləcək NATO dövlət və hökumət başçıları Sammitində iştirak üçün Brüsselə səfər etməzdən öncə İstanbul Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

NATO Sammiti çərçivəsində ilk dəfə ABŞ Prezidenti Co Baydenlə təkbətək görüşəcəyini bildirən Türkiyə Prezidenti deyib ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişafı müzakirə ediləcək. R. T. Ərdoğan ABŞ Prezidentinin qondarma “erməni soyqırımı”nı tanıması barədə bəyanatına da toxunub: “Türkiyə ABŞ-la NATO-da müttəfiq ölkədir. ABŞ-ın NATO ilə yaxından, uzaqdan əlaqəsi olmayan “erməni məsələsi”nə mövqe bildirməsi bizi təəssüfləndirir və narahat edir. Co Baydenlə görüşümüzdə bu məsələni xatırlatmadan keçmək mümkün deyil”.

R.T.Ərdoğan ABŞ-Türkiyə əlaqələrində həllini tapmayan “F-35”, “S-400”, terrorla mübarizə, regional və digər məsələlərinin müzakirə ediləcəyini də deyib.

Qeyd edək ki, Türkiyə Prezidentinin ABŞ Prezidentilə bərabər, Fransa, Almaniya, Yunanıstan, Latviya və digər dövlət başçıları ilə təkbətək görüşü nəzərdə tutulub/APA



Xəbərin oxunma sayı : 787




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap