Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ərdoğan dedi ki, get, Əliyevlə görüş... - Salehi

Tarix 03.05.19, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Buradan İraq türkmanlarının salam və hörmətlərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırıram.

AzFakt.com xəbər verir ki, bunu Kərkük millət vəkili, İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi “Yeni Müsavat” qəzetinin canlı efirində deyib.

“Biz eyni ailənin uşaqlarıyıq, eyni nəsildənik. Bizim əslimiz oğuzdur. Osmanlı İmperiyası torpaqlarımızı tərk etdikdən sonra torpaqlarımız ingilislərin əlində qaldı. Orada ingilis hakimiyyəti yarandı. Bizə qarşı tarix boyu qətliamlar olub. Belə qətliamlardan biri də erməni qətliamıdır. 1924-cü ildə ermənilər İngiltərənin dəstəyi ilə Kərkük qalasına hücum ediblər. O zaman kərküklülər, xüsusilə də türkmanlar erməniləri məğlubiyyətə uğradıblar. Ondan sonra müxtəlif dövrlərdə - 1956-da, 1959-cu ildə türkmanlara qarşı qətliamlar törədilib. 1980-ci illərdə fəal qadınlarımız Səddam rejimi tərəfindən edam ediliblər”, - Salehi bildirib.

O qeyd edib ki, bu gün türklərin dilini dəyişməyə cəhd edənlərin məqsədi türk ruhunu almaqdır:

“Səddamın dövründə Türkiyə ilə münasibətlərimiz yaxşı olsa da, təzyiqlər çox idi. Buna baxmayaraq, türk dünyasından qopmadıq. Səddam rejimi altında Türkiyənin, Azərbaycanın, Orta Asiyanın içində olan türk varlığını hər zaman izlədik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndə məndən digər türk ölkələrinə gedib-getmədiyimi soruşdu. Dedim, təəssüf ki, gedə bilmirəm. Ərdoğan mənə Azərbaycana gəlməyi, İlham Əliyevlə görüşməyi məsləhət bildi. Demək ki, bu coğrafiyaları bir-birinə qatmaq bizim uzunmüddətli layihələrimiz olmalıdır. Biz müxtəlif ərazilərdə yaşasaq da, dilimiz birdir. Önəmli olan odur ki, qəlb bağımızı kəsməsinlər. Azərbaycana gəlişimiz ani oldu. Burada 3 rəsmi heyətlə görüşdük. Azərbaycan parlament rəhbəri ilə, Diaspor Komitəsinin sədri Fuad Muradovla görüşdük”.







Xəbərin oxunma sayı : 1609




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap