Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğan futbolçulara zəng etdi, Burakla danışdı... - “Maşallah, o nə zərbə idi!“

Tarix 25.03.21, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanı DÇ-2022-nin seçmə mərhələsində Niderlandı məğlub etmələri (4:2) münasibəti ilə təbrik edib.

AzFakt.com xəbər verir ki, ölkə rəhbəri matçdan sonra oyunçular və baş məşqçi Şenol Günəşin olduğu paltardəyişmə otağına gedən Gənclər və İdman naziri Muhammet Muharrem Kasapoğluna zəng vurub. Ərdoğan onun vasitəsilə  futbolçular və baş məşqçi ilə telefonla danışıb, onları təbrik edib. O deyib:

"Belə bir dönəmdə milli komandamızın Niderland kimi bir millini 4:2 hesabı ilə məğlub etməsi həqiqətən də ölkəmizə, millətimizə ayrı bir qürur hissi verib".

Ölkə rəhbəri baş məşqçi Şenol Günəşin "Həm 3 xal qazandıq, həm də yüksək əhval-ruhiyyə. Bu, Türkiyə üçün də stimul oldu. Amma siz bir az gecikdiniz. 15 dəqiqə əvvəl gəlsəydiniz, sizi oyuna daxil edə bilərdik. Hücumçuya ehtiyacımız vardı. Sizi Burak Yılmazın yerinə qoya bilərdik" sözlərinə gülərək cavab verib.

Həmçinib Ərdoğan komandanın kapitanı Burak Yılmazla da danışıb. O, hücumçunun cərimə zərbəsindən vurduğu qol haqqında deyib: "Maşallah, o necə zərbə idi!". Yılmaz isə Ərdoğana "Sizi də aramızda görmək istəyərik. Sizin bizimlə olmağınız komandaya güc verər. Çox xoşbəxt olarıq" - deyə söyləyib.

Ərdoğan bildirib: "Qismət olarsa, bundan sonrakı matçlarda gəlməyə çalışarıq. Bütün oyunçulara təbriklərimi çatdırın. Allah köməyiniz olsun".

Qeyd edək ki, Türkiyə millisi növbəti matçını martın 27-si səfərdə Norveçə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.



Xəbərin oxunma sayı : 907




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap