“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ərdoğan Haftarla danışıqlar masasına oturmaqdan imtina edib –“Terrorçu ilə bir masa ətrafına əyləşməyəcəm“

Tarix 21.01.20, 9:20

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Liviya milli ordusunun başçısı Xəlifə Haftarla danışıqlar masasına əyləşməyəcək.

Bu barədə “A Haber” telekanalı bildirib.

“Mən dərhal Rusiya Federasiyası prezidenti Vladimir Putinə dedim ki, biz vasitəçi rolunu qəbul etmirik. Putin bildirdi ki, Haftarı öz üzərinə götürəcək və problemi həll etmək üçün mənə Fayiz Sərracın Milli Razılıq Hökuməti ilə işləməyi təklif etdi. Bizim onunla yanaşmamız belədir. Ümumiyyətlə mən siyasi nöqteyi-nəzərimə uyğun olaraq terrorçu ilə bir masa ətrafına əyləşməyəcəm və ona əyləşməyə imkan verməyəcəm”, – Türkiyə lideri bildirib.

Liviyada münaqişənin nizama salınması üzrə beynəlxalq konfrans daha əvvəl Berlində AFR-ın Federal Kansleri İdarəsində keçirilib. Konfransda Rusiya prezidenti Vladimir Putin, ABŞ dövlət katibi Maykl Pompeo, Böyük Britaniyanın baş naziri Boris Conson, Fransa lideri Emmanuel Makron, BMT baş katibi Antoniu Quttereş, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həmçinin İtaliya, Çin, BƏƏ, Misir, Əlcəzair, Avropa Birliyinin və Afrika İttifaqının nümayəndələri iştirak ediblər.

Konfransın nəticəsinə əsasən iştirakçılar ölkədə barışığı razılaşdırıblar, həmçinin silah tədarükünə embarqo və münaqişə tərəflərinə hərbi dəstəyin dayandırılması ilə bağlı razılaşmaya gəliblər. (Report)




Xəbərin oxunma sayı : 553




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap