Bu gün Barışla Sanqu Bakıya gəlir “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad Aygünün toy tarixi açıqlandı Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir
Axtar
 
  • / Maqazin / — 13 Dekabr 2017

    Bu gün Barışla Sanqu Bakıya gəlir

  • / Maqazin / — 09 Dekabr 2017

    “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad

  • / Maqazin / — 09 Dekabr 2017

    Aygünün toy tarixi açıqlandı

  • / Maqazin / — 09 Dekabr 2017

    Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir

  • / Maqazin / — 30 Noyabr 2017

    Tarkan həyat yoldaşını klipinə çəkəcək

  • / Maqazin / — 28 Noyabr 2017

    Emin Ağalarovun anası ilə bu görüntüsü rekord qırır - Video

Ərdoğanın “topa tutduğu” ABŞ səfiri danışdı:“9,5 aydır Türkiyədə terror olmursa, bunun səbəbi...“

Tarix 11.10.17, 23:38

Font ölçüsü : - / +
bitmap-img6


Ankara ilə Vaşinqton arasında yaşanan viza böhranında əsas tənqid hədəflərindən biri də amerikalı səfir Con Bass oldu. Türkiyədəki missiyasını başa vuran səfir bundan sonrakı fəaliyyətini Əfqanıstanda davam etdirəcək. Bu həftə sonu Türkiyədən getməyə hazırlaşan Bass bu gün Ankarada vida tədbiri təşkil edib. Media nümayəndələri də fürsət düşmüşkən səfirə gündəmin əsas müzakirə mövzusu olan viza böhranı ilə bağlı suallar veriblər.

Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı diplomatı sərt tənqid edərək onu Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərarı özbaşına qəbul etməkdə suçlayıb. 

Ərdoğan bildirib ki, Ankarada fəaliyyətdə olan bir səfirin belə qərar qəbul etməsi və bunu hökumətinin adından etdiyini deməsi qəribədir. O, əlavə edib ki, belə bir addımı Türkiyə səfiri etsəydi, onu vəzifəsində bir dəqiqə belə, saxlamazdılar.

Türkiyə prezidenti məlum olaydan sonra Con Bassı ABŞ-ın səlahiyyətli nümayəndəsi kimi tanımadıqlarını, onun təşkil etdiyi vida tədbirinə özü başda olmaqla hökumət rəsmilərinin qatılmayacağını da bəyan etmişdi. 

Beləliklə, Con Bass vida mərasimində əvvəlcə ABŞ-ın İstanbuldakı konsulluğunun oktyabrın 4-də həbs olunan əməkdaşı Mətin Topuzla bağlı sualı cavablandırıb. 

Qeyd edək ki, M.Topuz FETÖ (Fətullah Gülən Terror Təşkilatı) ilə işbirliyində şübhəli bilinir. Ona qarşı konstitusiya quruluşunu dəyişmək, casusluq və dövlət çevrilişinə cəhd ittihamları irəli sürülüb. Türk diplomatın keçmiş prokuror Zəkəriyyə Özlə (FETÖ ilə əlaqələrinə görə dövlət çevrilişinə cəhd maddəsiylə ittiham olunan və Türkiyədən qaçaraq Almaniyaya sığınan prokuror)  də yaxın münasibətlərdə olduğu iddia edilir. 

Səfir Bass bildirib ki, ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşları heç kimdən gizlənmir: "Hər bir hökumət xarici diplomatlarla necə münasibət quracağına özü qərar verir. Bu qərara hörmət edirik. Biz heç bir əməkdaşımızı istintaqdan yayındırmırıq. ABŞ hökuməti Topuzun niyə həbs olunduğuna dair izahat ala bilməyib. Təmaslar davam edir. Topuz mütəşəkkil cinayətlər və narkotiklərə qarşı mübarizə departamentində işləyirdi. Bu işbirliyi sayəsində bir çox narkotik qaçaqmalçısı yaxalanıb. Topuz vəzifə səlahiyyətlərini aşıb başqa təmaslar qurubsa, bunu sübut edən dəlilləri məmnuniyyətlə görmək istəyərik.  9,5 aydır Türkiyədə terror olmur. Ona görə yox ki, İŞİD niyyətindən əl çəkib. Bunun səbəbi ABŞ-la Türkiyə arasında bu istiqamətdə aparılan işbirliyidir".

Con Bass Türkiyə prezidentinin onun məlum qərarı özbaşına qəbul etdiyinə dair iradına da münasibət bildirib. Səfir qeyd edib ki, viza ilə bağlı qərar ABŞ hökuməti tərəfindən qəbul edilib: "Yaranan anlaşmazlıq da iki hökumətin dialoqu ilə çözülə bilər".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin son açıqlamasında da bildirilirdi ki, Türkiyəyə qarşı viza qərarı Departament və Ağ Evlə koordinasiyalı şəkildə qəbul edilib.

"İncirlik" hərbi bazasının aqibətinin necə olacağına gəlincə, səfir bildirib ki, bu suala türk yetkililər cavab verməlidir: "Qüvvədə olan anlaşmalar var və əsgərlərin giriş-çıxışları da bu anlaşmalara bağlıdır".

Şimali İraq və Suriyadakı "Kürd dövləti" mübahisələri ilə bağlı sualı isə Bass belə cavablandırıb: "Birləşmiş Ştatlar müstəqil Kürd dövlətini, Kürd dəhlizini, Türkiyənin ərazi bütövlüyünün pozulmasını dəstəkləmir". 

Xatırladaq ki, M.Topuzun həbsindən sonra ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Bunun ardınca Türkiyə də analoji qadağaya qərar verib. Rəsmi Ankara dünən axşam 22.00-dan etibarən ABŞ vətəndaşlarına viza vermir.

Strateq.az



Xəbərin oxunma sayı : 148

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda