Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğanın bir bayatısıyla qarışan İran:Tehran Türkiyə-Azərbaycan əməkdaşlığına niyə bir fürsət kimi baxmır?

Tarix 13.12.20, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Professor Kürşad Zorlu

“Habertürk”, Türkiyə, 12 dekabr 2020-ci il

 
Bakıda keçirilən Qələbə paradı zamanı Prezident Ərdoğanın oxuduğu “Araz” şeiri İranın xoşuna gəlmədi. Öncə Xarici işlər naziri Cavad Zərif sosial media vasitəsilə reaksiya verdi, ardınca Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırıldı və “Məsələ ilə bağlı təcili izahat gözləyirik” deyildi. Qarşıdakı günlərdə daha təhrikedici açıqlamalar verə bilərlər.

Doğrusu, Tehran administarsiyasının bu yanaşması İrandakı türklərin çəkdikləri sıxıntıları uzun zamandır təqib edən biri olaraq, məni heç təəccübləndirmədi.

Yaxşı, bəs İranın bu reaksiyası necə izah oluna bilər?

Əlbəttə, məsələ bir şeirdən ibarət deyil. Və əlbəttə, Türkiyənin İranın torpağında gözü yoxdur. Məsələ bu sözlərin söyləndiyi yer, səbəb olan hadisə və bununla bağlı olaraq bölgədə ola biləcək hadisələrə qarşı öncədən bir mövqe tutmaq ehtiyacıdır.

Bir az geriyə getsək, Qarabağ savaşının 25-ci günündə bu köşədə “Qarabağın İrana təsiri və qaçılmaz üzləşmə!” başlıqlı bir yazı qələmə almışdım. O gün Azərbaycanın irəliləyişi sürətlənmiş və Ağbənd sərhəd qapısı alınmışdı. Nəticədə İrandan işğal bölgəsinə verilən logistika dəstəyinin önü ciddi şəkildə kəsilmişdi. Bu irəliləyişin döyüş meydanında və masada təsirlərinin olacağını söyləmişdim. Çünki İran, Ermənistanın özündən bu cür asılı durumda olmasını, Ankara-Naxçıvan-Bakı xəttinin tam ortasında baryer kimi durmasını və münaqişənin həll edilməməsi üzündən Azərbaycanın diqqətini İrandakı türklərə verə biləcək bir mövqeyə gələ bilməməsini milli maraqları baxımından vazkeçilməz hesab edirdi. Belə bir hal, eyni zamanda, İsraillə ABŞ-ın İrana yönəlik edə biləcəyi bir həmlədə də lazımi ön şərt sayılırdı.

Halbuki indi “Naxçıvan dəhlizi”nin açılma ehtimalı, Türkiyənin buraya təbii qaz verməyi hədəfləməsi və ən önəmlisi, İranın Ermənistandakı rəsmi və qeyri-rəsmi iqtisadi maraqlarının Qarabağ zəfərindən sonra hara doğru gedəcəyi məsələsi Tehran tərəfindən ciddi şəkildə araşdırılır. Bura İraq, Suriya və digər yerlərdəki ziddiyyətlər də əlavə olununca, durum daha da strateji bir hal alır.

Ancaq üstü örtülməyəcək bir həqiqət vardır: türklər bu gün İran əhalisinin, demək olar ki, yarısını təşkil edirlər. Əhalinin siyahıya alınmasının nəticələrini tam olaraq açıqlamasalar da, 2014-cü ildə İranın Xarici işlər naziri Əli Əkbər Salihi ölkə əhalisinin 40%-inin türk olduğunu ifadə etmişdi. Bəzi şəhərlərdə böyük ölçüdə türkcə danışırlar. Təbriz şəhəri İstanbuldan sonra dünyada ən çox türkün yaşadığı yerdir. Qarabağda əldə edilən nailiyyət Cənubi Azərbaycandakı türkləri də ciddi şəkildə həyəcanlandırmışdır.

Bununla birlikdə, Türkiyə və Azərbaycanda baş verən hadisələri, xüsusilə sosial medianın verdiyi bir sıra imkanlarla, yaxından təqib edirlər. İranın Urmiya bölgəsini, reabilitasiya edilməli olduğu halda, burada yaşayan türklərə görə yaşanılmaz hala gətirmək istəyirlər. Məqsəd Türkiyə ilə sərhəddə yaşayan türk əhalini ölkənin iç tərəflərinə doğru köçə məcbur etməkdir…

Qeyd etmək lazımdır ki, uzun müddətdən bəri Türkiyənin İrandakı bu həssas durumla bağlı apardığı çalışmalar yetərli deyildir.

Tarixi kontekstdə baxılarsa, Cənubi Azərbaycanın bu gün İran sərhədləri daxilində olması iki təməl anlaşma ilə şəkillənmişdir. Rusiya ilə İran arasında 1813-cü ildə (1804-1813-cü illərdəki I Rusiya-İran Müharibəsindən sonra – tərc.) imzalanan Gülüstan müqaviləsi Azərbaycanın bölünməsini təmin etmiş və Bakı, Qarabağ, Gəncə, Quba, Şəki, Şirvan xanlıqlarının əraziləri Rusiyaya verilmişdir. Ancaq İranın buna qarşı çıxması üzündən yekunda Rusiya ilə yenidən savaşa girmişdir. 1826-1828-ci illərdəki Rusiya-İran müharibəsindən sonra Türkmənçay müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən Azərbaycan, Şimali və Cənubi Azərbaycan olmaqla, iki yerə bölünmüşdür.

İran “Şimali və Cənubi Azərbaycan” anlayışlarını bir təhlükə olaraq görür. 1918-ci ildə şimalda qurulan Azərbaycan Cümhuriyyətini belə, təqribən 2 il sonra tanımışdılar.

İndi İranın bu reallığı görməsi lazımdır. Bölgədə sülh, hüzur və sabitliyə hər zaman olduğundan daha çox ehtiyac vardır. İranın Xəzəryanı bir ölkə olaraq orta və alt dəhlizdə maraqlarını təmin edə bilməsi üçün türk dünyası həyati önəm kəsb edir. Üstəlik, əgər İran ABŞ və İsrailin balanslaşdırılmasını istəyirsə, buna ancaq bölgədəki enerji, nəqliyyat və logistika şəbəkələrini gücləndirməklə nail ola bilər. Və əgər öz ərazi bütövlüyü ilə bağlı bir şeirdən “nəm çəkəcək” qədər həssaslıq duyursa, Türkiyə-Azərbaycan əməkdaşlığına düşmən kimi baxmaq yerinə, bunu yeni əməkdaşlıq imkanları üçün fürsət kimi dəyərləndirməlidir. Buna məcburdur…

Tərcümə Strateq.az-ındır



Xəbərin oxunma sayı : 1141




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap