“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Ərdoğanın dəvəti ilə Türkiyəyə gəldi - Ticarət dövriyyəsini 3 milyarda çatdıracaqlar

Tarix 08.06.26, 21:39

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqesi qəbul edib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

"Görüşdə vitse-prezident Cövdət Yılmaz, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat iştirak ediblər", - məlumatda deyilir.

Görüşdə Türkiyə-Venesuela ikitərəfli münasibətləri və qlobal proseslər müzakirə edilib

"Görüşdə Türkiyənin hər zaman dost Venesuela xalqının yanında olduğu ifadə edilib", - məlumatda vurğulanıb.

Bildirilib ki, Türkiyə ilə Venesuela ticarət, enerji və mədənçilik sahələri başda olmaqla, bir çox sektorlarda əməkdaşlığı daha da irəli aparmaq qərarına gəlib: "Görüşdə, 3 milyard dollar ticarət döviyyəsi hədəfinə nail olmaq üçün atılacaq addımlar da dəyərləndirilib".

Xatırladaq ki, Əvvəllər Venesuelanın vitse-prezidenti vəzifəsində çalışmış Rodriqes rəsmi and içərək yanvarın 5-də müvəqqəti dövlət başçısı kimi vəzifəsinin icrasına başlayıb.

Yanvarın 3-də Tramp ABŞ-nin Venesuelaya qarşı genişmiqyaslı, uğurlu zərbə endirdiyini elan edib. O, Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq Venesuela ərazisindən çıxarıldığını qeyd edib.

İki gün sonra, 5 yanvarda Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıblar. O, məhkəmədə təqsirsiz olduğunu bildirib və əlavə edib ki, hələ də ölkəsinin prezidentidir. Amerika məhkəməsi konsulluq rəsmilərinin Venesuelaya səfər etməsinə icazə verib.

Maduro və həyat yoldaşının işi üzrə ikinci məhkəmə iclası 26 mart 2026-cı ildə Nyu-Yorkdakı federal məhkəmədə hakim Elvin Hellerstaynın sədrliyi ilə baş tutub.



Xəbərin oxunma sayı : 1303




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap