Aygün Kazımovaya DTX-da iş verildi - FOTO Kərəm Həsənovun işçisinin Neftçalada rüşvət bazarı Arda ilə Aslıhanın barışması belə üzə çıxdı - Foto General Mədət Quliyevin portret cizgiləri – Baxış
Axtar
 
  • / Maqazin / — 27 May 2017

    Aygün Kazımovaya DTX-da iş verildi - FOTO

  • / Sosial / — 23 May 2017

    Kərəm Həsənovun işçisinin Neftçalada rüşvət bazarı

  • / Maqazin / — 21 May 2017

    Arda ilə Aslıhanın barışması belə üzə çıxdı - Foto

  • / / — 19 May 2017

    General Mədət Quliyevin portret cizgiləri – Baxış

  • / Dünya / — 19 May 2017

    Ərdoğan ordunu döyüş vəziyyətinə gətirdi - Əmr

  • / Maqazin / — 18 May 2017

    Emin Ağalarov kinoda debüt edəcək

Ərdoğan niyə ölkədə milli səfərbərlik elan edilib?

Tarix 16.12.16, 13:06

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə səfərbərlik elan edib. Prezident sarayında muxtarların 32-ci toplantısında çıxış edən ölkə başçısı deyib ki, Türkiyə İstiqlal müharibəsi qədər kritik bir mərhələdən keçir. 

Ərdoğan deyib ki, son illərdə İŞİD-in törətdiyi terror aktları nəticəsində 300 nəfər, “Fırat Kalkanı” əməliyyatı nəticəsində 17 nəfər, 15 iyul hadisələrinə görə isə 248 nəfər şəhid olub. Antiterror əməliyyatları nəticəsində 9500 nəfər öldürülüb, 10 min nəfər həbs olunub. Prezident deyib ki, heç bir şəhidin qanı yerdə qalmayacaq, terrorçulardan qisas alınacaq.
Ərdoğan “Gəzi olaylarından” bu yana baş verənlərin Türkiyənin zəiflədilməsi planı olduğunu, ancaq buna imkan verməyəcəklərini deyib: “Buradan bütün vətəndaşlara səslənirəm. Konstitusiyamızın 104-cü maddəsinə görə Türkiyə Cümhuriyyəti prezidenti olaraq PKK, İŞİD, DHKP-C və digər bütün terror təşkilatlarına qarşı milli səfərbərlik elan edirəm. Hər kim bu təşkilatlarla bağlı bir şey görsə və ya eşitsə, dərhal təhlükəsizlik orqanlarına xəbər verməlidir”.

Dekabrın 15-də Ankarada Beştəpə Prezident Sarayında təhlükəsizlik toplantısı keçirilib. Toplantıda həm səfərbərlik çağırışı, həm də şənbə günü baş verən terror hadisəsinin müzakirə olunacağı gözlənilir. Ərdoğanın rəhbərlik etdiyi toplantıda baş nazir Binali Yıldırım, baş qərargah rəisi Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər yüksək dövlət vəzifəliləri iştirak edir. 

Qeyd edək ki, Türkiyə prezidentinin səfərbərlik çağırışı birmənalı qarşılanmayıb, müxalifətin tənqidi ilə qarşılaşıb. Çünki səfərbərlik daha çox hərbi termindir və dövlətin vətəndaşlarını hərbi vəzifəyə dəvət etməsi, müharibə vəziyyəti mənasına gəlir. Türkiyə prezidentinin çağırışı isə daha çox ictimai səfərbərlik, terrora qarşı vətəndaş fəallığına çağırış kimi qəbul olunur. Dövlətin həqiqətən səfərbərlik edib, ölkədə hərbi rejim tətbiq etməsi isə yaxın zamanlarda verilən rəsmi qərarla elan olunacaq. 

Qeyd edək ki, Türkiyə qanunlarına əsasən milli səfərbərlik ölkə əhalisinin başda silahlı qüvvələr olmaqla dövlətin bütün güc və imkanlarının müharibə ehtiyaclarını təmin etmək məqsədilə toplanması, hazırlanması və istifadəsini nəzərdə tutur. Bu zaman səfərbərliyi təmin edəcək və qeyd olunan ehtiyacların qarşılanması üçün bütün imkanlardan istifadə olunur. Eləcə də insan haqları. Söz və media azadlıqları müəyyən qədər məhdudlaşdırılır. Ən əsası dövlətin bütün maddi və mənəvi imkanları, ehtiyatlar hərbi qanunların tələbinə uyğun olaraq mobilizasiya olunur. Səfərbərlik ölkəyə qarşı təhdidə qarşı müqavimətin təşkil olunması, imkanların istifadəsi üçün hərəkətə gətirilib səfərbər olunmasıdır.

Türkiyə Konstitusiyasının 104-cü maddəsinə əsasən, savaş vəziyyətində və dövlət içərisində fövqəladə vəziyyət yarandığı halda elan oluna bilər. Milli Səfərbərlik qanununa əsasən ölkə vətəndaşları lazım gəldiyi təqdirdə ehtiyac duyulan ictimai və iqtisadi köməyi ordunun əmrinə verməlidir. 

Ancaq bu hazırda Türkiyədə bu cür bir səfərbərliyin elən olunduğu, yoxsa prezidentin xalqı ictimai səfərbərliyə dəvət etdiyi dəqiq məlum deyil. Çünki Milli Səfərbərlik üçün dövlətin rəsmi qərarnaməsinin elan olunması lazım gələcək. (musavat.com)



Xəbərin oxunma sayı : 232

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda