Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ərdoğan Putinlə mətbuat konfransında: “Türkiyə Rusiyadan indiyədək 387 mlrd. kubmetr qaz alıb“

Tarix 19.11.18, 20:06

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Rusiyadan 1987-ci ildən indiyədək, ümumilikdə, 387 mlrd. kubmetr təbii qaz alıb.

"Report” xəbər verir ki, bunu "Türk axını” təbii qaz kəməri layihəsinin Türkiyəyə qaz verilməsini nəzərdə tutan ilk xəttinin dəniz hissəsinin tamamlanması ilə əlaqədar İstanbulda keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, "Türk axını” layihəsi 2019-cu ildə həyata keçiriləcək testlərdən sonra istismara hazır olacaq.

  "İldə 31,5 mlrd. kubmetr qaz nəql etməyi nəzərdə tutan "Türk axını” layihəsinin, sadəcə, ölkəmiz üçün deyil, qonşularımız və regionumuz üçün də üstünlükləri var. Kıyıköydəki qaz qəbulu terminalının inşası sürətlə davam etdirilir. Texniki baxımdan çətin bir layihəni yüksək təhlükəsizlik standartlarında həyata keçirdik. Bizim üçün Rusiya uzunmüddət əməkdaşlıq edəcəyimiz etibarlı dost və önəmli təbii qaz tədarükçüsüdür”, - R.T. Ərdoğan çıxışında vurğulayıb.

Qeyd edək ki, ümumi uzunluğu 1100 kilometr olacaq "Türk axını” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək iki xəttin tikintisini nəzərdə tutur. Hər xəttin ötürücülük gücü 15,75 mlrd. kubmetrdir. Boru kəməri ilə qaz nəqlinə 2019-cu ildə başlanacağı planlaşdırılır. 



Xəbərin oxunma sayı : 151




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap