Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ərdoğan Türkiyəni enerji-nəqliyyat qovşağına çevirir – Ankara inadla 2023 hədəfinə doğru irəliləyir

Tarix 21.11.18, 15:06

Font ölçüsü : - / +
bitmap-img6


Bülent Erandaç

“Takvim”, Türkiyə, 20 noyabr 2018-ci il

 
Türkiyə Prezidenti Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin “Türk axını” layihəsinin dəniz hissəsinin başa çatması ilə əlaqədar İstanbulda görüşməsini qürurla seyr etdim. Prezident Tayyib Ərdoğan, Atatürkün Türkiyəni dəmir yolları şəbəkələrilə təchizetmə siyasətini davam etdirir. O, bir tərəfdən sürətli dəmir yolları inşa edərək, digər tərəfdən də ölkəmizi enerji boru xətlərilə təchiz edərək, onun “Böyük Türkiyə” yolundakı yürüşünü sürətləndirir.


Türkiyə ilə Rusiya təbii qaz sahəsində strateji tərəfdaşdır


Rusiyadan təbii qaz alınması baxımından Türkiyə ikinci sıraya yüksələcək, ildə 50 milyard m3 rus təbii qazı ölkəmiz üzərindən tranzit yolu ilə keçəcək. Şübhəsiz, bu da regionda Türkiyənin geopolitik mövqeyini gücləndirəcək və gücünü artıracaq. Türkiyə, TANAP (Türkmənistan-Azərbaycan-Türkiyə), “Mavi axın” (Rusiya-Türkiyə), BTC (Azərbaycan-Gürcüstan-Türkiyə), İraq-Ceyhan boru kəmərləri və türk kəşfiyyat gəmilərinin Aralıq dənizinin şərqində kəşf edəcəyi ehtiyatlarla XXI əsrə öz damğasını vuracaq. Və enerji ehtiyatları olmayan Avropa artıq gözünü Türkiyənin “kranları”ndan çəkə bilməyəcək.


Barbarosdan Ərdoğanadək dənizçiliyimiz


Aralıq dənizini türk gölünə, Qara dənizi Osmanlının qapalı dənizinə çevirən, Osmanlı dənizçilərinin Baş kapitanı olan Barbaros Xeyrəddin Paşa “Aralıq dənizinə hakim olan dünyaya hakim olar” deyərkən, o dövrün Asiya və Avropadan ibarət olan ikiqitəli dünyası üçün qlobal dəniz strategiyasını bəyan etmişdi. Bu strateji tələbi Osmanlı imperiyası yerinə yetirdi.

Admiral Alfred Mahan (1841-1914) ümumiyyətlə, dünyada gedən mübarizənin dənizlər üzərində nəzarəti ələ keçirmək üçün aparıldığını xüsusi qeyd edərək, nəticədə “Dünya hakimiyyətinin açarı dəniz yollarına nəzarətdədir” nəzəri fikrini ortaya atdı. Bu nəzəri fikri mənimsəyən ABŞ açıq dəniz donanması yaradaraq, xüsusilə II Dünya Müharibəsindən sonra dəniz hakimiyyətini ingilislərin əlindən almışdır.

Bu gün dənizlərdə geopolitik inqilablar baş verir. “Yeni İpək Yolu” layihəsinin həyata keçirildiyi təqdirdə, dəniz yollarının ölkələrin taleyini dəyişdirəcəyini çox yaxşı anlayan Ərdoğan, 14 may 2017-ci il tarixdə Pekində keçirilən “Bir qurşaq, bir yol” forumunda etdiyi çıxışında ““Yeni İpək Yolu” da adlandırılan bu təşəbbüsün Asiya, Avropa və Afrikanı, hətta Cənubi Amerikanı bir-birinə bağlama hədəfilə, gələcəyə damğa vuracağına inanıram” demişdi. “Yeni İpək Yolu” layihəsinin mərkəzi ölkələrindən biri Türkiyədir.


Ərdoğanın “Yeni İpək Dəniz Yolu” strategiyası


XXI əsrin bu nəhəng layihəsinin gözlənilən inkişaf istiqamətlərini çox yaxşı görən və anlayan Ərdoğan, Türkiyənin böyük investisiya layihələrinin “Yeni İpək Yolu” layihəsinə inteqrasiya olunmuş şəkildə həyata keçirilməsini təmin etdi. Türkiyənin indiyədək reallaşdırdığı “Marmaray”, Yavuz Sultan Səlim körpüsü, Bakı-Tiflis-Kars və Ədirnə-Kars dəmir yolu layihələri müasir “İpək Yolu”nun orta dəhlizini təşkil edir. Türkiyə bu layihəni çox yaxşı dəyərləndirməkdə qərarlıdır. Türkiyə, Qərblə Şərq arasında, başqa sözlə, Orta Şərq, Orta Asiya və Balkanlar arasında “körpü” halına gələcəkdir. Bu nöqteyi-nəzərdən, Türkiyənin Qətər, Cibuti və Sudanda qurduğu hərbi bazalar həm onun dənizlərdəki nüfuzunu, həm də bu nüfuzun gələcəkdə “Yeni İpək Yolu” layihəsində tutacağı mövqeyə gözlənilən müsbət təsirini göstərməkdədir. Bu, həmçinin regiondakı oyunçulara Türkiyənin öz hərbi potensialından istifadə etməyə hazır olduğunu göstərir.

Türkiyə bir tərəfdən hərbi donanmasını gücləndirir, digər tərəfdən də Aralıq dənizinin şərqindəki müstəsna iqtisadi zonasında (200 dəniz mili) kəşfiyyat işlərinə başlayıb. Əlbəttə, Ankaranın Aralıq dənizinin şərqində kəşfiyyat işlərinə başlamağa girişməsi Yunanıstan, AB və ABŞ-ı narahat edir.

Prezident Ərdoğanın liderliyilə Türkiyə, həm Aralıq dənizinin şərqində və Qırmızı dənizdə bayraq göstərir, həm də Rusiya ilə təbii qaz sahəsində nəfəskəsən anlaşmaların əldə edilməsinə öncüllük edir.

Suriyada öz hərbi bazalarını möhkəmləndirən Rusiya da, Qara dənizdən Aralıq dənizinədək, Türkiyə ilə münasibətlərinin inkişafını ağıllı şəkildə davam etdirir.

Beləliklə, “Böyük Türkiyə” quruculuğu yolundakı yürüşümüzü kimsə durdura bilməz. Hədəfimiz 2023-cü il – “Böyük Türkiyə” dir.

Tərcümə Strateq.az-ındır



Xəbərin oxunma sayı : 142




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap