Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ərdoğan Trampla söhbətini açıqladı:“O, “mən bu işin baça çatdığını zənn edirdim, niyə bu qədər uzandı?“ cavabını verdi“

Tarix 13.11.18, 11:25

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ Prezidenti Donald Trampla görüşümüzdə Suriya, PKK/YPG-PYD, Fətullahçı Terror Təşkilatı, “Halkbank” məsələlərini müzakirə etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfərdən geri dönərkən, təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, D.Trampla sonuncu telefon danışıqları zamanı da “Halkbank” məsələsini müzakirə ediblərmiş: “”Halkbank”la əlaqədar telefon danışığımızdan sonra cənab Donald Tramp ölkəsinin Xəzinə və Maliyyə Nazirliyinə 24 saat ərzində təlimat verdi və nazir də bizim xəzinə və maliyyə nazirimiz Berat Albayraka zəng etdi. Bu məsələnin həlli üçün atılacaq addımları, görüləcək işləri müzakirə etdilər. Məsələnin həlli ilə bağlı fərqli mənzərə yaranan kimi xarici işlər nazirimiz Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə əlaqə saxladı. Mən məsələni Trampa deyəndən sonra o, ABŞ-a dönən kimi xəzinə və maliyyə nazirinə təlimat verəcəyinin söylədi. Donald Tramp “mən bu işin baça çatdığını zənn edirdim, niyə bu qədər uzandı?” cavabını verdi”.  

İki ölkə lideri YPG məsələsini də nəzərdən keçiriblər: “Məndə YPG məsələsində də öz aralarında əlaqənin olmaması təəssüratı yaranıb. Cənab Donald Trampa bu məsələdə bərabər görə biləcəyimiz çox işlərin olduğunu dedim. Məsələ ilə bağlı Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarın amerikalı həmkarları ilə görə biləcəkləri işlər çoxdur”.

Qeyd edək ki, “Halkbank”ın baş direktorunun keçmiş müavini Hakan Atilla hazırda ABŞ-da həbsdədir. Ağ ev onu İrana qarşı sanksiyaları pozmaqda ittiham edir/Report.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap