Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ərdoğana sui-qəsd hazırlığı ifşa edilib – Rəsmi açıqlama

Tarix 20.05.18, 2:23

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bosniya və Herseqovinaya səfəri öncəsi kəşfiyyat təşkilatlarına Balkanlarda bir qrup türk əsilli vətəndaşın sui-qəsd hazırlığı görməsi ilə bağlı informasiya daxil olub. 

Axar.az xəbər verir ki, bu xəbər təhlükəsizlik qüvvələrini hərəkətə keçirib.

Sui-qəsd xəbəri ilə bağlı detallı istintaq işlərinin davam etdiyi bildirilib. Hazırda sui-qəsdin təşkil edildiyi yer, zaman, planlaşdırılan sui-qəsdin metodu barədə dəqiq məlumat olmadığı, kəşfiyyat təşkilatlarının məsələnin araşdırılması zamanı koordinasiya içərisində hərəkət etdiyi və informasiya mübadiləsində olduqları qeyd edilib.

“Ərdoğan ölüm hədələrindən qorxan, yolundan və iddiasından dönən biri deyil. Bunu bilməyənlər axmaqdır”.Bu sözləri Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Tvitter hesabında qeyd edib. O bildirib ki, Ərdoğan türk millətinin lideri və ədalət gözətçisidir: “İmanlı, mömin Ərdoğan Allahın izni olmadan verilən canı kimsənin ala bilməyəcəyini bilir. Prezidentimiz təhdidlərə, ölüm qorxusuna sinə gələrək, oyunları pozaraq bu günlərə gəldi. Bundan sonra da eyni inancla davam edəcək. Ərdoğana sui-qəsd xəbərləri yeni deyil, hər zaman var idi. Kimsə bu yolu qapatamayacaq, kimsə bu gedişi dayandırmayacaq”.



Xəbərin oxunma sayı : 754




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap