Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğandan Avropa və ABŞ-a xəbərdarlıq:“Yeni bir köç dalğasını qəbul etməyimiz artıq mümkün deyil”

Tarix 10.09.19, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ-ın Suriyadakı terrorçulara 50 min TIR-dan artıq silah-sursatı göndərməsi bizi ciddi şəkildə narahat edir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

“ABŞ-ın keçmiş prezidenti Barak Obamanın vaxtında “gəlin, təhlükəsiz bölgə yaradaq” təklifini irəli sürdüm. Təəssüf ki, bu təklifimə qarşılıq verilmədiyi üçün reallaşdıra bilmədik. Özü də Obamanın bu məsələyə müsbət yanaşdığı halda təhlükəsiz bölgə yarada bilmədik. Donald Tramp da məsələyə müsbət yanaşdı. Onda vaxt itirmədən bunu həll etməyimiz lazımdır. Bunu həll etdiymiz zaman terror qruplaşmalarına qarşı mübarizəmiz də asanlaşacaq. Qaçqınların nizamsız şəkildə köçünün də qarşısını alacağıq.

Hazırda təhlükəsiz bölgənin qurulması istiqamətində fəaliyyətə başlamışıq. ABŞ-ın terrora qarşı mübarizədə və qaçqınların sağ-salamat evə dönmələri üçün təhlükəsiz bölgə yaratmağımızda yanımızda olmasını gözləyirik.

Eyni zamanda ABŞ-ın 50 mindən artıq TIR-la Suriyadakı terrorçulara silah-sursat göndərməsi bizi ciddi şəkildə narahat edir. Bu yük avtomobillərindəki silah-sursat kimə qarşı istifadə edilir? Türkiyəyə qarşı. Strateji olaraq, bunu qəbul etməyimiz isə mümkün deyil”, – deyə Türkiyə prezidenti vurğulayıb.

R.T.Ərdoğan Türkiyədəki qaçqın məsələsinə də toxunub: “Hazırda ölkəmizdə 3,6 milyon suriyalı qaçqın daxil olmaqla dünyanın müxtəlif bölgələrindən olan 5 milyona yaxın əcnəbiyə ev sahibliyi edirik. Bununla da NATO-dakı müttəfiqlərimiz başda olmaqla, bütün Avropanın təhlükəsizliyini təmin edirik. Ölkəmizin yeni bir köç dalğasını qəbul etməsi artıq mümkün deyil”.

Report




Xəbərin oxunma sayı : 649




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap