Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ərdoğandan kritik Şuşa həmləsi - Fransa və İrana mesaj verildi...

Tarix 21.10.22, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


"Biz bütün səmimiyyətimizlə Ermənistanın bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik”...

“Biz də Şuşada konsulluq açırıq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

Türkiyə Prezidenti bildirib ki, böyük bədəllər ödənərək uzun illər sonra bölgədə davamlı sülh şansı yaranıb: "Biz bütün səmimiyyətimizlə Ermənistanın bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik”.

“Azərbaycan-Ermənistan müzakirələrindəki irəliləyişin Türkiyə-Ermənistan arasında normallaşma prosesinə müsbət töhfə verəcəyi şübhəsizdir. Qardaş Azərbaycanla əməkdaşlığımızı “tək millət, iki dövlət” şüarı ilə hər sahədə daha da gücləndirməkdə qətiyyətliyik. Səfərimin sadəcə ikitərəfli əlaqələr baxımından yox, bütün bölgəmiz üçün xeyirlərə vəsilə olmasını arzulayıram”, - Türkiyə Prezidenti qeyd edib.

Qeyd edək ki, hələ ötən il iyun ayının 15-də Şuşada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imizalanması törənində bəyan etmişdi ki, ən qısa zamanda Türkiyənin Şuşada Baş Konsulluğu açılacaq. Bununla Türkiyə Azərbaycanın ərazi bütövlüyünə, xarici təhlükələr məsələlərində Bakıya qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləmiş olacaq.

Yəni Şuşada Türkiyənin konsulluğunun açılacağına dair qərar xeyli müddət əvvəl verilib. Ancaq bunun tezləşdirlməsi, heç şübhəsiz regionda baş verən hadisələr, Azərbaycan əleyhinə olan qüvvələrin aktivləşməsi ilə bağlıdır.

Xüsusən ABŞ, Fransa və İranın anti-Azərbaycan fəaliyyətlərini genişləndirməsi, erməniləri silahlandırmağa başlamaları, sərhədimizdə hərbi təlimlər keçirmələri, Parisin Bakıya qarşı sanksiyalara çalışması, Tehranın Qafanda konsulluq açmaq niyyəti Türkiyənin Bakıya dəstəyini daha gur səslə bəyan etməsi zərurəti yaradıb.

Bu baxımdan Ərdoğanın məhz Bakıdan dönərkən Şuşada konsulluq açacağını bəyan etməsi Azərbaycan əleyhinə aktiləşən qüvvələrə mesaj xarakteri daşıdığı şübhə doğurmur. Bununla Ərdoğan bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu, bütün təxribatlra qarşılıq veriləcəyini bəyan edir!(AzPolitika. info)



Xəbərin oxunma sayı : 1039




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap