Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ərdoğandan Merkelə sərt sözlər – “Bizim tərəfimizdəsiniz, ya terrorçuların?”

Tarix 13.10.19, 20:26

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada davam edən “Barış bulağı” hərbi əməliyyatı haqqında Almaniya Kansleri Angela Merkellə telefon danışığının detallarını açıqlayıb.

Bununla bağlı geniş mətbuat konfransı keçirən ölkə başçısı Merkellə açıq danışdığını və onun qarşısında şərt qoyduğunu qeyd edib.

“Barış bulağı” əməliyyatları başladıqdan sonra həm ölkəmizdə, həm də beynəlxalq aləmdə kimin harda durduğunu gördük. Bizi iqtisadi və hərbi sanksiyalarla hədələyənlər var.

Merkeldən açıqca soruşdum: Biz sizinlə NATO-da müttəfiq deyilik? Bəlkə terror qruplaşmasını NATO-ya almısınız bizim xəbərimiz yoxdur? Bizim tərəfimizdəsiniz, ya terrorçuların?

Hamınız onların tərəfində yer almısınız. ABŞ terrorçulara 30 yük maşını həcmində silah, sursat yollayır. Biz indi niyə Suriyadayıq? Terroçuların etdikləri bezdirdi artıq.

Bizi kimsə belə hədələrlə, sanksiyalarla yolumuzdan edə bilməz”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, oktyabrın 9-dan başlayan əməliyyatların əsas məqsədi Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan “terror dəhlizini” aradan qaldırmaq, sərhəd bölgəsində başda PKK olmaqla, bütün terror təşkilatlarını məhv etmək, eyni zamanda, yurdundan didərgin düşmüş Suriya əhalisini təhlükəsiz şəkildə yenidən ölkəsinə qaytarmaqdır.



Xəbərin oxunma sayı : 643




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap