Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Real“ın spikerə göndərdiyi imzalar saxta çıxdı - Qərar + Açıqlama

Tarix 05.05.19, 21:11

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Hüquq və Dövlət Quruculuğu Komitəsi mayın 3-də REAL Partiyasının Milli Məclisə 40 min seçicinin imzası əsasında qanunvericilik təşəbbüsü ilə təqdim etiyi qanun layihələrinin parılamentin plenar iclasının müzakirəsinə təqdim edilməməsi barədə qərar qəbul edib.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, komitənin iclasında iştirak edən Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev bildirib ki, təqdim edilən 41500 vətəndaşın imzası nəzərdən keriçilib və əldə edilən nəticəyə əsasən, lazım olan 40 min imza toplanmayıb.

Bununla da parlament komitəsi Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələrinin prosedur qaydaları pozulduğuna görə müzakirəyə çıxarılmaması barədə qərar qəbul edib.

REAL Partiyasının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, imzalar qanunvericliyə uyğun olaraq toplanılıb.

"Milli Məclis qanunvericilik təşəbbüsü ilə çıxış edən seçicilərin imzalarının yoxlanılması proseduru barədə hələ qərar qəbul etməyib. Ona görə də imzaların hansı əsaslarla yoxlanılması bizə məlum deyil. Milli Məclis REAL Partiyasına rəsmi cavab verdikdən sonra siyasi və hüquqi adımlar atacağıq”, - deyə o, qeyd edib.

Qeyd edək ki, Respublikaçı Alternativ (REAL) Partiyası bu il martın 5-də seçkili paytaxt meri institutunun tətbiq edilməsini, dövlət universitetlərinin tələbələrinin təhsil haqqından azad edilməsini və əhalinin kredit borcları probleminin həllini nəzərdə tutan qanun layihələrini Milli Məclisə təqdim edib. Bu qanunvericilik təşəbbüsü, konstitusiyada təsbit olunduğu kimi, 40 min seçici imzası ilə dəstəklənib.

Xatırladaq ki, əhalinin problemli kredit borclarının həlli ilə bağlı hökumət artıq qərar qəbul edib.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, qanunvericilik təşəbbüsü qaydasında seçki hüququ olan 40 min vətəndaşın Milli Məclisə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulmalıdır.



Xəbərin oxunma sayı : 334




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap