Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Real Madrid”in prezidenti Kriştianu Ronaldunu satmağa hazırlaşır - KİV-dən iddia

Tarix 17.01.18, 3:48

Font ölçüsü : - / +
bitmap-img6


İspaniyanın "Real Madrid” klubunun prezidenti Florentino Peres futbolçu Kriştianu Ronaldunu satmağa hazırdır.

"Report” "Record”a istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbəri portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşə təkliflər gözlədiyini və onun müştərisini satmağa hazır olduğunu bildirib. 

Bir müddət əvvəl AS nəşri 33 yaşlı hücumçunun da "Real Madrid”i tərk etmək istədiyini yazıb. Təcrübəli forvard Peresin onun məvacibi artırmamasından narazıdır. Portuqaliyalının xidmətində Fransanın PSJ klubunun maraqlı olduğu bildirilir.

"Real Madrid” La Liqada geridə qalan 19 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb və lider "Barselona”dan 19 xal geri qalır. Ronaldu ölkə çempionatında iştirak etdiyi 14 matçda 4 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin "Mançester Yunayted” klubundan "Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər yeni müqavilə bağlayıb.



Xəbərin oxunma sayı : 181




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap