Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Real Madrid”in yay fasiləsi üçün transfer büdcəsi müəyyənləşib

Tarix 18.05.19, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


İspaniyanın “Real Madrid” klubunun yay fasiləsi üçün transfer büdcəsi müəyyənləşib

AzFakt.com “Marca”ya istinadən xəbər verir ki, paytaxt klubu oyunçularının satışından 200 milyon avro əldə etməyi planlaşdırır. “Real Madrid” rəhbərliyi yeni futbolçuların alınası üçün əlavə 100 milyon avro da ayırmağı düşünür. Beləliklə, “kral klubu”nun transfer büdcəsi 300 milyon avro təşkil edəcək.

Bildirilir ki, bu, yekun məbləğ olmaya da bilər. Məsələn, Fransa PSJ-si Neymarı satmaq istəsə, büdcənin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Real Madrid” Portuqaliya “Portu”su ilə müdafiəçi Eder Militaonun, Braziliya “Santos”u ilə isə cinah yarımmüdafiəçisi Rodriqonun keçidini razılaşdırıb. İspanlar bu futbolçulara müvafiq olaraq 45 və 50 milyon avro ödəyəcək. Bundan başqa Almaniya “Ayntraxt”ından forvard Luka Yoviçin də 60 milyon avro qarşılığında transferi üçün razılıq əldə olunduğu bildirilir.



Xəbərin oxunma sayı : 211




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap