İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram” “Pişiyimin dərisini soyub saxlayıram” - Elza Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı
Axtar
 
  • / Maqazin / — 22 Yanvar 2018

    İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto

  • / Maqazin / — 19 Yanvar 2018

    “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram”

  • / Maqazin / — 18 Yanvar 2018

    “Pişiyimin dərisini soyub saxlayıram” - Elza

  • / Maqazin / — 16 Yanvar 2018

    Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı

  • / Maqazin / — 15 Yanvar 2018

    Fədayə Laçının həbs müddəti uzadıldı

  • / Maqazin / — 14 Yanvar 2018

    Ajda Pekkan Azərbaycan mahnısına belə rəqs etdi - Video

Ərəb şeyxinin Zeynəbə sürprizləri: Atasına “Porşe“, özünə 300 minlik qolbaq

Tarix 05.12.16, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə gedib.
 
Azxeber.com Zeynəblə bağlı yeni təfərratlatlar əldə edib.
 
Gimnastın adının açıqlanmasını istəməyən qohumlarından biri deyib ki, Zeynəb kasıb bir ailənin yeganə övladı olub. Gimnastika ilə məşğul olan xanım idmançı özünə idman zalı açmaq istəsə də, imkanı olmadığı üçün bu arzusunu reallaşdıra bilməyib.
 
Sosial vəziyyəti yaxşı olmayan gimnast çalışmaq üçün Qəbələyə üz tutub. Zeynəb orada nazir oğluna məxsus olan ofislərin birində öz peşəsinə tamam yad olan sahədə işləməyə başlayıb.
 
Zeynəb ərəb şeyxi ilə də məhz burada tanış olub. Belə ki, ov üçün Qəbələyə gələn əmir Məhəmməd Zeynəblə tanış olub. Bir müddət internet üzərindən danışan cütlük sonda bir-birinə aşiq olublar və şeyx Zeynəbə evlənmək təklifi edib. Zeynəb də ona "hə" deyib. 
 
Mənbənin dediyinə görə, Zeynəb ailə qurduqdan sonra atasına sürprizlər edib. Belə ki, atasına bahalı maşın salonlarının birindən zəng etdirərək ora çağıran qız atasına ən son model "Porshe" maşın hədiyyə edib. Şeyx eyni zamanda Zeynəbin ailəsinə Bakının mərkəzində yeni tikilidə ev alıb, evin dizayn üçün xaricdən xüsusi dizaynerlər gətirilib. Zeynəbgilin ailəsi bu vaxta qədər Əhmədli qəsəbəsində yaşayırmış.
 
Ərəb Şeyxinin Zeynəb və ailəsinə hədiyyələri bununla da kifayətlənmir. O Zeynəbə toyunda 300 minlik qızıl qolbaq da hədiyyə edib.
 
Qeyd edək ki, azərbaycanlı idmançı ərəb şeyxi ilə ailə qurub. Zeynəb şeyxin 3-cü arvadıdır. Ərəb şeyxi ilə ailə quran Zeynəbin bir qızı da dünyaya gəlib. Bu xəbəri ilk olaraq "Qafqazinfo.az" saytı özəl mənbələrə istinadən yayıb. 
 



Xəbərin oxunma sayı : 3208

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda