Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ərəb qadınları barədə bilmədiyiniz faktlar: Şərikli ər, lüt bədənə çarşab...

Tarix 18.09.21, 10:28

Font ölçüsü : - / +
bitmap-img6


Ərəb şeyxlərinin zənginliyi haqqında əfsanələr gəzir. Onların həyatı yalnız nağılla müqayisə oluna bilər. Lakin Birləşmiş Ərəb Əmirliklərinin heç də bütün sakinləri şeyxlər kimi yaşamır.

Şərq mədəniyyəti, əlbəttə ki, Avropadan son dərəcə fərqlənir. Ərəb dünyasının qanun və ənənələri çox sərtdir. Bu gün oxucuları şərq mədəniyyətinin bəzi maraqlı xüsusiyyətləri ilə tanış edirik.

Yəqin ki, adi ərəb ailələrinin də necə yaşadığı çoxunuza maraqlıdır. Heç kimə sirr deyil ki, ərəblərdə ailə birinci yerdə durur. Ərəb ölkələrində qadın kişi bərabərliyi eyni olmasa da, ailə ocağının qoruyucusu qadınlar sayılır.

Ərəb qızlar demək olar ki, heç vaxt avropalı kişilərə ərə getmir. Xristianla nikaha girən qıza ölkəyə giriş həmişəlik bağlana bilər. Oğlanlar isə qadınların əksinə olaraq avropalı qızlarla rahatlıqla ailə qura bilər. Lakin avropalı gəlini heç də yağ-balla qarşılamırlar. İlk növbədə müsəlmanlığı qəbul etməlisən, vətəndaşlığı əldə etmək də çətindir. Əgər nikah uğurlu alınmasa, uşaqlar bir qayda olaraq kişidə qalacaq. Bəyin ailəsinin də nikah barədə qərarlara müdaxiləsi mümkündür. Lakin qız bu qaydalarla razılaşmasa, heç kim onu bu addımı atmağa məcbur edə bilməz.

Bu gün hər bir ərəb çoxarvadlılığı özünə icazə verə bilməz, çünki hərəmlərin saxlanması üçün böyük vəsait tələb olunur. Odur ki, ancaq imtiyaz şeyxlər və imkanlı adamlar bir neçə dəfə evlənməyi özünə rəva görür.

Maraqlıdır ki, bəy sevgilisi ilə yalnız qohumlarının nəzarəti altında görüşmək hüququna malikdir. Bəyin ailəsi qızın valideynlərinə kalım (başlıq pulu) ödəyir. Pul məbləği bəzən yüz min dollar çata bilər, ona görə də ərəblərdə qız doğmaq daha sərfəlidir.

Ərəb toyları isə həqiqətən möhtəşəm keçir. Süfrə yeməklərlə dolu olur, qonaqlar isə səhərə qədər şənlənirlər. Ev sahibləri bütün qüvvələri ilə öz qonaqpərvərlik və səxavətini nümayiş etdirməyə çalışır.

Hamıya məlumdur ki, istənilən ərəb ailəsində qadın öz ərinin sözünə qulaq asmalıdır, amma çox az adam bilir ki, mühüm qərarları bir çox hallarda arvad əri ilə bərabər qəbul edir. Ümumiyyətlə müasir ərəb ailələri müsəlman dünyasının çoxəsrlik ənənələrini nadir hallarda əldə rəhbər tutur.

Ərəb gözəlləri istənilən geyimi özünə rəva görə bilər: Mini-ətək, hətta alt paltarı xatırladan geyimlər. Əsas odur ki, üstündən bütün bədəni ayaqlara qədər örtən qara çarşab geyinəsən, üzü isə yaylıqla örtməlisən. Ərəb qızlarını cins şalvarda kifayət qədər tez-tez görmək adi haldır. Amma başıaçıq qadına nadir hallarda rast gəlinir.

Ərəb qadınlar qızıla qarşı xüsusi sevgi bəsləyir, ona görə də özəl günlərdə kişilər onlara gül əvəzinə qiymətli bəzək əşyaları hədiyyə edirlər.

Hesab edilir ki, çoxarvadlı ər öz arvadlarının hamısına eyni münasibət göstərməlidir. Kişinin gecəni hansı qadının yanında keçirməsi dəqiq qrafik ilə müəyyən edilir. Kişi bütün arvadlarına ayrıca ev (qiymətləri eyni olmalıdır) tikdirir. Pul bütün arvadlar arasında bərabər nisbətdə bölünür.

Yeri gəlmişkən, ərəb qadınlar dünyanın ən yaxşı ali məktəblərində təhsil alır, amma savadlı qadınlara BƏƏ-də tələbat indiyədək azdır. Ona görə də bir çox qızlar, Avropada təhsil aldıqdan sonra karyera qurmaq üçün çıxış yolunu orada qalmaqda görürlər.

Ərəb ailələrində qarşılıqlı dəstək də çox qiymətləndirilir. Məsələn, qadın dul qalıbsa, onda ərinin qardaşı onunla evlənməyi özünə borc bilir. Qadın boşanmaya iki halda ərizə verə bilər: Əri ona xəyanət edərsə və əri onu kifayət qədər təmin etməzsə.

Bütün bu faktlar onu göstərir ki, ərəb qadınları həbsxana rejimində yaşamırlar. (publika.az)












Xəbərin oxunma sayı : 406




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap