Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Recep İvedik -5” Azərbaycanda da nümayiş olunacaq

Tarix 17.02.17, 1:31

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda qalmaqal yaradan Türkiyəli aktyor Şahan Gökbaharın “Recep İvedik -5” filmi Bakıda da nümayiş olunacaq

Bu barədə müsavat.com-a Nizami Kino Mərkəzinin mətbuat xidməti Arzu Əhədova məlumat verib: “Film Azərbaycanda da nümayiş olunacaq və böyük ehtimalla bizim kinoteatrda da təqdimatı baş tutacaq. Lakin təqdimatın dəqiq vaxtı hələ ki, dəqiqləşdirilməyib”.

“Park Cinema”da isə “Recep İvedik -5” martın 16-dan nümayiş ediləcək. Bu barədə qurumun piar-meneceri Kəmalə İsmayılova axsam.az saytına verdiyi açıqlamada bildirib: “Nümayişi üçün heç bir problem yoxdur. Söz-söhbətə səbəb olan səhnələr çıxarıldığı üçün düşünürük ki, problem də aradan qaldırılıb”.

Xatırladaq ki, "Recep İvedik 5" filminin treylerində Recep İvedik rinqə çıxdığı azərbaycanlı boksçunu bir yumruğu ilə yerə sərmişdi. Sözügedən səhnə hər iki ölkədə birmənalı qarşılanmamışdı. Ekran işinə ilk etiraz edən Giresun Universitetinin Azərbaycan kökənli professoru Aygün Attar olmuşdu. O, boks səhnəsində azərbaycanlının təhqir olunduğunu və iki qardaş ölkənin münasibətlərinə ciddi ziyan vurduğunu bildirmişdi.

Etirazlardan sonra həmin səhnə filmdən çıxarıldı. Qeyd edək ki, bu günlərdə Türkiyədə filmin qala gecəsi keçirilib.



Xəbərin oxunma sayı : 208




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap