Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Reina” terrorçusu ilə bağlı şok: Özünü partladacaqdı

Tarix 18.01.17, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


“Reina” terrorçusu Əbdülqadir Maşaripovun polisə verdiyi ifadənin təfərrüatları yavaş-yavaş bəlli olur


AzFakt.com  xəbər verir ki, Ə. Maşaripovun verdiyi hər bir ifadənin doğru olub-olmadığı polis tərəfindən yoxlanılır.

Terrorçunun yaşadığı evə 6 yanvarda getdiyi və 16 yanvara qədər orada gizləndiyi bəlli olub. Həmçinin onun 4 yaşlı oğlunun axtarışı davam etdirilir.

Ə. Maşaripovun Özbəkistanda universitetlərdən birində “Fizika” fakültəsində təhsil aldığı müəyyən edilib. Onun Türkiyə Əmniyyət Müdirliyindəki (TEM) nəzarətxanaların birində təkbaşına saxlanıldığı barədə məlumat əldə edilib. Nəzarətxanada bir müddət danışmadığı iddia edilib.

“Reina” terrorçusu ilə bağlı son məlumatlar isə belədir:

Ə. Maşaripov Rakkadan aldığı təlimatla canlı bomba olmağı qəbul edib və özünü partladacaqmış. Ancaq Türkiyədə keçirilən əməliyyatlar zamanı üzərində bomba daşıyan bir çox insan saxlanılıb, bunlar arasında bomba satan kuryerin də olması “Reina” terrorçusunun fikrini dəyişdirməsi və silahlı hücuma keçməsi ilə nəticələnib.

CNN Türk-ün məlumatına görə, əmrin Rakkadan gəldiyi təsdiqlənib. Təşkilatın Türkiyə əmiri Xoca Akının müavini Xoca Yusif kod adlı – İlyas Mamaşapirovla görüşdüyü ortaya çıxıb. Həmçinin internet üzərindən də sosial şəbəkələrdən istifadə edildiyi müəyyən edilib.

“Reina” terrorçusu ilə ünsiyyət quran bir nəfərin Bursaya getdiyi və bu gün səhər saatlarında 27 nəfərin də saxlanıldığı bildirilib. Kayseri, Hatay, İzmirdən sonra Bursada da İŞİD-ə qarşı növbəti əməliyyat keçirilib.(axar.az)



Xəbərin oxunma sayı : 82




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap