Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Rəsmi nikaha girmədən ana ola bilərəm” - Müğənni Dilarə Kazımova

Tarix 04.12.19, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


“Həyat yoldaşımla 4 dildə danışırdım- ingilis, rus, türk və Azərbaycan! O, İstanbulda doğulmuşdu və həmin şəhərdə yaşayırdı. Daha sonra Bakıda çalışdı və burada tanış olduq. Çox gözəl memar idi, bir-birimizi başa düşüb evləndik. 1 il yarım sevgili olduq. “Eurovision”dan qabaq evlənmək istədik. Amma plan dəyişdi”. 

AzFakt.com xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova “Söhbətisz” proqramında qonaq olarkən deyib. O, Türkiyə vətəndaşı Mərd Aslanla olan evliliyinin tez dağılmasından söhbət açıb:


“Sona qədər getmədi. Şadam ki, indi mənə çox rahatdır. 30 yaşımdan sonra ailə qurdum. Sən demə, mənim adamım deyilmiş. İnsanlar 20 il ailəli olub, sonra boşanırlar. Görürlər ki, həmin insan onlarlıq deyil! Mən canımı tez qurtarmışam. Qismətə çox inanıram. İnanıram ki, hər şey vaxtında olacaq.  Ana olmadığıma görə də peşman deyiləm”. 

Daha sonra sənətçi qeyd edib ki, nikah bağlamadan ana ola bilər: “Rəsmi nikaha girmədən ana ola bilərəm. Bu, mənim üçün problem deyil. Ana olmaq qadının şəxsi fikridir. Dostlarım arasında elələri var ki, onlar düzgün insan tapa bilməyiblər.  Əslində uşaq normal, ana-ata olan bir ailədə böyüməlidir. Amma nə etmək olar? Alınmırsa, vəziyyət fərqlidirsə,  buna uyğun addım atmaq lazımdır”. 







Xəbərin oxunma sayı : 481




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap