Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İrəvandan ən son məlumat: Liderlər həbs olunsalar da, etirazlar davam edir

Tarix 23.04.18, 16:37

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxt Yerevandan gələn ən son məlumata görə, etiraz aksiyaçıları liderlərsiz qalsalar da, bazar günü axşam keçirilən mitinq daha izdihamlı olub.

BBC Azərbaycancanın müxbiri Alexsey Manvelyan xəbər verir ki, dünənki mitinqdə 100 mindən çox adam iştirak edib.

Aprelin 22-də həbs edilən aksiyaların təşkilatçısı, millət vəkili Nikol Paşinyanın harada saxlandığı hələ də məlum deyil, BBC Azərbaycancanın müxbiri deyir.

Aprelin 22-də həbs edilən aksiyaların təşkilatçısı, millət vəkili Nikol Paşinyanın harada saxlandığı hələ də məlum deyil
Polis 270-dan çox etirazçının saxlandığını deyir. O cümlədən, digər millət vəkilləri Sasun Mikayelyan, Ararat Mirzoyan və bir neçə aksiyaları əlaqələndirən fəallar həbs olunub, Alexsey Manvelyan bildirib. .

Onun sözlərinə görə, bu gün səhərdən "itaətsizlik tədbirlərinin" davam etdirilməsi elan olunub: Yolları bağlamaq, iş yerlərində və təhsil ocaqlarında tətil etmək. Bundan başqa, axşam mitinqlərinin də davam etdiriləcəyi bildirilib.

Artıq 11 gündür, Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir vəzifəsində hakimiyyətə qayıtmasına qarşı bütün respublikada "itaətsizlik aksiyaları" keçirilir.

Etiraz aksiyalarına minlərlə tələbə qatılıb. Etirazçılar hamını "Serj Sarkisyanın mafioz rejiminə qarşı dinc itaətsizlik tədbirlərinə" birləşməyə çağırırlar.

Ermənistanın baş naziri Serj Sarkisyanla onun istefasını tələb edən etiraz hərəkatına rəhbərlik edən Nikol Paşinyanla danışıqları 3-4 dəqiqə çəkib. 

Aprelin 22-də Ermənistanın baş naziri Serj Sarkisyanla onun istefasını tələb edən etiraz hərəkatına rəhbərlik edən Nikol Paşinyanla danışıqları 3-4 dəqiqə çəkib. Serj Sarkisyan danışıqları tərk edib.

Bundan sonra Yerevanda polis qüvvələri səs qumbaraları və başqa xüsusi vasitələrdən istifadə edərək və kobud güc tətbiq edərək, Serj Sarkisyanın baş nazir vəzifəsində yenidən hakimiyyətə gəlməsinə qarşı etiraz yürüşünü dağıdıblar (BBC-Azərbaycanca).

http://www.bbc.com/azeri/region-43862523





Xəbərin oxunma sayı : 322




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap