Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şri-Lankada terror aktlarının icraçıları məlum oldu- Yeddi kamikadze tərəfindən törədilib

Tarix 22.04.19, 13:49

Font ölçüsü : - / +
bitmap-img6


Şri-Lankada terror aktları seriyasını yeddi kamikadzenin həyata keçirdiyi ehtimal edilir.

Azərtac Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, təhqiqatçılar insan cəsədlərini analiz edərək belə nəticəyə gəliblər. Burada 8 partlayışdan 6-dan söhbət gedir. Kolombo şəhərində “Şanqri-La” otelinə hücumda iki, digər partlayışların hərəsində isə bir terrorçu-kamikadze iştirak edib.

Xatırladaq ki, ötən bazar günü pasxa bayramı zamanı Şri-Lankada partlayışlar seriyası törədilib. İlk 6 partlayış 3 kilsə və 3 oteldə qeydə alınıb, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo şəhəri yaxınlığında yerləşən yaşayış kompleksində baş verib. Son məlumata görə, hücumlar nəticəsində həlak olanların sayı 290 nəfərə çatıb, 500-ə yaxın insan isə yaralanıb. Həlak olanların arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var.

Şri-Lanka ordusu təhlükəsizliyi təmin etmək üçün ölkənin paytaxtı Kolomboya mindən artıq hərbçi göndərib. Hadisə ilə bağlı 24 nəfərin saxlanıldığı bildirilir.







Xəbərin oxunma sayı : 100




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap